Həyatımızda neçə dəfə “bacarmaram” sözündən istifadə etmişik? Bəlkə 20 dəfə, 100 dəfə? Sizə bu barədə fikirləşməyi təklif edirəm.


Məsələn, xatırlayırsınızsa, universitetə sənədlərimizi verəndə, deyirdik ki, “bacarmaram” kifayət qədər hazırlaşmamışam. Yaxud evlənəndə deyirlər ki, ailə saxlamaq üçün kifayət qədər pulum yoxdur. İşə qəbul olunanda belə, neçə dəfələrlə “bacarmaram” sözündən istifadə etmişik. Bu gün ən yaxşı ali təhsili almışıqsa, xoşbəxt ailəmiz varsa və istədiyim iş yerində çalışırıqsa, bunu ailəmiz, dostlarımız, yaxınlarımızın dəstəyi ilə nail olmuşuq. Şübhəsiz ki, insanların ən çox eşitmək istədiyi sözlərdən biri “bacararsan”dır. Bu sözü, əsasən çox yaxın insanlar bir-birinə deyir. “AccessBank” da “problem deyil” sözləri ilə insanlara eyni dəstəyi və pozitivliyi verməyə çalışıb.


Son 2 həftədə sosial mediada insanların qarşısına problem deyil həştəqi ilə müxtəlif mövzulu paylaşımlar çıxmağa başladı. Mövzular fərqli olsa da, məqsəd bir idi - insanları tam olaraq pozitivə kökləmək, motivasiya vermək. Bank insanlara o mesajı çatdırmaq istəyirdi ki, “Hər şeyin həlli var”, heç də hər şey ilk baxışdan göründüyü kimi problem deyil. Elə evlənmək istəyən, yeni biznesə başlamaq istəyən və bunun üçün uzun zamandır fikirləşən insanlara da “Problem deyil” kəlməsi əsl yerində çatdırılmış söz oldu. Əsas odur ki, siz çalışasınız və onu əldə edəsiniz.


Layihə “AccessBank”ın bütün məhsul və xidmətlərini əhatə edən kommunikasiya konseptidir. Layihə bir neçə istiqamətdən insanlara çatdırılıb: problemdeyil.az saytı, sosial şəbəkələr (Facebook, Twitter, İnstagram) və radio. Ümumi mesaj eyni olsa da, hər kanalda ideya fərqli formada çatdırılıb. Ümumi tanıtım zamanı yerli və xarici filmlər, atalar sözlərimiz, çox danışılan və hər kəsə maraqlı olan gündəlik mövzulara müraciət olunub.



Layihə saytında müxtəlif suallar verilir və insanlara iki variant təklif edir. “Bacarmaram” və “Problem deyil”. Maraqlıdır ki, bank “bacarmaram” deyən insanlara belə pozitiv mesaj ötürməyə çalışıb.


Nəticədə problem deyil həştəqi insanlar arasında viral hala gəlməyə başladı. İnsanlar onlara pozitiv düşünməyi xatırladan problem deyil həştəqi ilə fikirlərini paylaşmağa başladılar.


Marketinq mütəxəssisi İlkin Manafov: “Tez-tez eşidirəm ki, insanlar deyir ki, biznes qurmaq üçün pulum yoxdur. Mən elə bir biznesmen tanımıram ki, onlar biznesini pulu olandan sonra qurub. Biznes qurmaq üçün pul lazım deyil. Əslində insana cəhd, motivasiya lazımdır”. Sosial media istifadəçiləri biri problem deyil həştəqi ilə pul problem deyil yazıb. Bu pul problem deyil kəlməsi İlkin Manafovun demək istədiyi fikrin lokonik izahıdır. Siz də maraqlı paylaşımları sosial platformalarda #problemdeyil həştəqi ilə axtara bilərsiniz.



Blogger Mehriban Həsənova: Ana ilə oğul arasında dialoq: - Mənə bidənə tozsoran, bidənə paltaryuyan, bidənə qabyuyan, bidənə aşpaz, bir də stress atmaq üçün hirsimi üstünə tökməyə adam lazımdır. Oğul: #problemdeyil.


Düşünürük ki, “AccessBank”ın problem deyil tizeri uğurlu alınıb. Onlar öz kampaniyalarını müştərilər üçün fərqli, pozitiv formada təqdim etdilər. Bir bank üçün pozitiv yüklü məzmun yaratmaq çətin olsa da, mümkündür. Bank sübut etdi ki, problem deyil banklar tərəfindən də belə məzmun yaratmaq olar.


Video: https://www.facebook.com/AccessBankAz/videos/2130076023669543/