Bir neçə il öncə Afrikada təyyarə qəzası baş vermişdi. Qəzanı edən təyyarə isə Demokratik Konqo Cümhuriyyətinin paytaxtı Kinşasadan Bandundu adında qəsəbəyə gedirdi.
Qəza təyyarə enən zaman oldu və təyyarədə olan 20 nəfər və 2 nəfər pilot vəfat etdi. Bir nəfər isə yaralı olaraq sağ qala bildi. Qəzanın səbəbi isə məlum deyildi, çünki təyyarə yeni və yaxşı vəziyyətdə idi.
Çexiya istehsalı olan, cüt mühərrikli “Let L-410” modeli təyyarədə yüksəkdə olan zaman hava vəziyyəti normal və görmə məsafəsi mükəmməl idi. İki nəfər pilot- ingilis Kris Vilson və Belçikalı Danni Filemotte olduqca ixtisaslı və təcrübəli şəxslər idi. Qəzanın səbəbləri araşdırılan zaman isə heç bir texniki problemə rast gəlinməmişdi. Qəzanın səbəbi ola biləcək tək bir ipucu belə tapılmırdı. O vaxta qədər ki, rəsmilər qəzadan yaralı olaraq xilas olan şəxslə görüşənə qədər.
Bir nəfər təyyarədə baş verənləri izah etdi. Bu isə heç kəsin təxmin belə edə bilməyəcəyi vəziyyət idi. Belə ki, sərnişinlərdən biri qadağan olmasına rəğmən, təyyarəyə timsah balası ilə minmişdi. Bütün baqaj təyyarənin arxa tərəfinə yığılmışdı və təyyarə eniş edən zaman timsah çantadan qaçmışdı.
Hosteslər vəziyyəti öyrənmək üçün pilotların yanına gedirlər. Bu an isə hərəkət edən timsahı görən sərnişinlər təlaşa qapılıb, qaçmağa başladılar.
Nəticədə, bütün ağırlıq təyyarənin ön tərəfinə yüklənmişdi. Pilot isə sərnişinləri yerlərinə oturmaları üçün xəbərdarlıq etdi. Ancaq təyyarə aşağıya doğru enməyə başlayan zaman sərnişinlər koridorda arxaya doğru getməkdə çətinlik çəkdilər. Nəticədə, təyyarə bütün sürəti ilə enməyə başladı və yerə çırpıldı. Qəzada 20 nəfər öldü, amma timsah balası isə yaşayırdı.
Çünki qəza eniş edən zaman arxa tərəfdə idi. Təyyarə qəza edən zaman çıxdı və otluqlara tərəf sürünməyə başladı. Qəzanı görən və qaçanlardan biri timsahın təyyarədən çıxdığını bilmirdi. Əlindəki bel ilə onu öldürür. Bir timsahın təyyarə qəzasına səbəb olacağı kimin ağlına gələr? Əslində qəzaya səbəb olan timsah deyil, təlaş duyğusu idi.
Çünki timsah insanları qorxudacaq böyüklükdə deyildi. İdman çantasına sığacaq qədər kiçik idi. Onun sərnişinlərə edə biləcəyi ən pis hal isə sadəcə onları dişləməsi ola bilərdi. Hətta onu narahat etməsəniz, bəlkə də insanlara heç dəyməzdi də. Ancaq kimsə bunu düşünmədi. İnsanlar bir-birilərinin davranışlarını təqlit etməyə başladılar. Əgər ətrafda qaçan insanlar varsa, biz də o tərəfə gedəcəyik.
Çünki insanlar belə edir. Sürü psixologiyası çox qüvvətlidir. Sürüyə bir dəfə də olsa qatılmısınızsa, artıq hər şey üçün çox gecdir.
Mənbə: Dave Trott - Bir+Bir= Üç kitabı