Facemark.az Maurice Saatchi-nın “Düşüncənin qəribə sadəliyi” kitabına istinadən beş sadə sualın cavabını oxucularımıza təqdim edirik.


Müştərilərinizi daşıyabiləcəklərindən daha çoxunu almağa necə razı sala bilərsiniz?



1912-ci ildə kiçik mağaza sahibi müştərilərinin sadəcə daşıyabiləcəkləri qədər məhsul aldığını müşahidə edir. Problemin həlli isə çox sadə idi. Sağlam olması üçün içindən keçən sapı olan ucuz bir kağız torba. Walter H.Deubner alış-veriş torbasını ixtira edir və bütün dünyanın alış-veriş tərzini dəyişdirir.


Müştərilər necə məhsul yarada bilər axı?


İstehsalçı məhsulu istehsal edər, istehlakçı isə alır. Ticarətin fəlsəfəsi budur. Ən azından 1950-ci illərin ortalarına, Gillis Lundgrenin avtomobilinin baqajına yeni aldığı masanı qoymağa çalışana qədər bu belə idi. Masa baqaja yerləşmir. Belə olan halda o, masanın ayaqlarını sökür, masanı yenidən düzəldə biləcəyini düşünür. Yeni nəsə kəşf etdiyini düşündüyündən fikri IKEA-dakı rəhbərinə deyir. 1956-ci idə IKEA-nın “Yastı qutu” fəlsəfəsi yaranır.


Rənglər insan davranışlarını necə idarə edir?


Artıq rənglərin psixologiyası olduğunu bilirik. Üzərimizdə, heç bir təsirimizin olmadığı reaksiyalar yarada bilər. Məsələn, qırmızı işığın ürək döyüntülərinin ritmini artırdığı sübut edilib. İlk yol hərəkətini tənziləmək üçün işıqlar 1868-ci ildə Parlament Binasının qarşısında qoyulmuşdu. Bəsit şəkildə fırlanan qaz lampalarından təşkil edilmişdi, ardıcıl olaraq qırmızı və yaşıl olurdu. Təəssüf ki, 1869-cu il yanvarın 2-də partladı. Orda işləyən polis məmurunun ölümünə səbəb oldu.


Pulu olmayan birinə necə etibar edə bilərsiniz?



1887-ci ildə Edvard Bellamy utopik şəkildə yazılmış romanı “Keçmişə Baxış”da ilk dəfə kredit kartını canlandırmışdı. Ancaq 1958-ci ilə qədər bu fikir test edilməmiş qaldı. O vaxta qədər ki, bir sıra ticarətçi müştərilərinin istifadə etməsi üçün kartlar yaratmağa başladı. Hətta bəzisi digər ticarətçilərin də bu kartlar vasitəsi ilə ödəniş etməsinə kömək olurdu. Ticari fəaliyyəti sonsuzadək dəyişdirən kart isə “BankAmericard” oldu. Plastik, nağd ödəniş olmasa belə, satışın gücünü artırdı.


Yemək qabını necə yeməli etmək olar?



Dondurma konusu ilk dəfə 19-cu əsrdə ortaya çıxıb. Mənbələrdən birinin məlumatına görə, Suriyalı Ernest Hamwi qabı qalmayan dondurma satıcısının köməyinə gəlir. Bəsit şəkildə onun vaflilərindən birini konus şəkilinə salır. Başqa bir mənbəyə görə isə, Qərbi Avropada dondurma satıcıları yalanmış təmiz qab görməkdən bezmişdilər. Onları təmizləmək də çətin idi. Konus vaflilər şəklində müştərilərə xidmət vermək daha faydalı hesab edildi.