“Mobilike” tərəfindən edilən araşdırma və onun nəticəsində hazırlanan infoqrafikə görə, Türkiyədə Facebook-u mobil cihazlardan istifadə edənlərin sayı olduqca artmışdır.
Aparılan araşdırmaya əsasən, Facebook-a mobil cihazlar içərisində ən çox iPhone ilə daxil olurlar. 2 milyondan artıq iPhone istifadəçisi Facebook-a daxil olarkən bu say Android cihazlarını istifadə edənlər üçün 1 milyon 600 min civarındadır.
Facebook-un mobil istifadəçilərinin böyük bir hissəsini kişilər təşkil edir. Facebook-u mobil cihazlardan istifadə edənlərin 62%-i kişi ikən, bu nisbət qadınlar üçün 38% təşkil edir.
Facebook-u Türkiyədə mobil cihazlarla istifadə edənlər haqqında daha çox məlumata sahib olmaq istəyənlərin aşağıdakı infoqrafikə baxmaları yetərlidir.