Alman şirkəti “Green City Solutios” şəhərlərdəki havanı daha təmiz hala gətirmək üçün biologiya və interneti birləşdirmənin bir yolunu tapıb.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “CityFree”nin hər quraşdırılması 1682 yosun dibçəyindən ibarətdir ki, yaradıcıların sözlərinə görə, bu isə təxminən 275 ağac deməkdir.


Sistemin konstruksiyası çox sadədir, amma bir skamyanın qiyməti 22 min avro dəyərində qiymətləndirilir.


Avtomotik suvarma və yığım su sistemlərindən başqa, içəridə internetə qoşulmuş sensor və tənzimləyicilər quraşdırılıb. Real zaman kəsiyində onlar bitkilərin vəziyyəti və onlara qulluq barəsində informasiyalar ötürə bilir.


“CityFree”nin 4 metrdən ibarət skamyası fəaliyyət göstərir. Həmçinin, o meteostansiya kimi havanın vəziyyəti, 50 metr radiusda olan iqlim barədə də məlumatlar verə bilir.


Platforma şəhər sakinləri üçün ödənişli reklam və informasiya elanı verən stend ola bilər. Lakin piyadalar eksperimentlər yerinə 275 ağac əkməyi təklif ediblər.