Facemark.az Türkiyənin 2008-ci ildən bazarda olan “Runway İstanbul” rəqəmsal agentliyi tərəfindən hazırlanmış sosial media lüğətindən bəzi terminləri sizlər üçün bir araya gətirib.


Sosial media



Türkiyəli yazıçı Tuna Kiremitçiyə görə, sosial media internetin daha bəzəkli deyilişidir. İstifadəçilər tərəfindən yaranan kontentin yayıldığı, paylaşıldığı bütün yerlər sosial mediadır. Burada xəbər mənbəyiniz qurumlar deyil, fərdlərdir.


Əlaqəsiz insanların əlaqəsiz yerlədə eyni kontenti bəyənmələridir. Sosiallıqdan uzaq insanları sosiallaşdıran platforma hesab olunsa da, yeni medianın özüdür. İstifadəçilərin səs, yazı, video kimi kontentləri paylaşdığı, ünsiyyətdə olduqları ünvandır. Bloq, podcast, forum, video paylaşım saytları sosial medianın bir hissəsidir.


Stumbleupon


Sinxron edən. Maraqlandıqlarını mütəmadi axtarmaq əvəzinə, işarə edə bilərsiniz. Bir toxunuşla istədikləriniz əlinizin altında olacaq. Necə deyərlər, zamana qənaət, yeni dünyalara açılmağa şans verir.


Sosial Mediada Optimizasiya


Veb saytınızı optimallaşdıraraq, kontentinizin sosial mediada sürətli bir şəkildə yayılmasını ifadə edən termindir. Sosial Mediada Optimizasiya –sosial medianı optimallaşdırmaqdır.


Report



Sosial medianın polisidir. Fərz edin ki, dəcəl uşağı müəlliminə şikayət edirsiniz. Səhv şərhləri, saxta profilləri, sevmədiyiniz insanları belə sosial mediada report edə bilərsiniz. Narahatlıq yaradan kontent, içində təhqirin çox olduğu yazıları sosial mediada rahatlıqla report etmək mümkündür.


PMOG


Passively multiplayer onlayn game, “Facebook” üzərində oynanıla bilən oyunlarda istifadəçilərin aldığı xəbərdarlıq hesabına oyunun viral olaraq yayılmasıdır.


Microblogging


Qısa mesajlarla bloq yazmaq anlamına gəlir. İstifadəçilər mövcud situasiyaları ilə bağlı qısa mətnlər yazaraq oxucular ilə paylaşa bilərlər. Bloqun içinə foto və video da əlavə etmək olar.


Flashmob


Bir qrup insanın eyni məqsəd üçün bir araya gəlməsi deməkdir. Yüzlərlə insanların toplanıb maraqlı, yadaqalan fəaliyyətlər həyata keçirtmələridir. Reklamçıların ən çox etmək istədiyi viral fəaliyyətlərdən biridir. Bütün hadisələr ani olaraq baş verdiyi üçün flash adı verilib.


Dashboard



Tumblr-in lövhəsi. İzlədiyiniz insanların paylaşımlarını bir yerdə görə biləcəyiniz yer mənasını verir. Məsələn, “Twitter” dili ilə desək, bunlar timeline, “Facebook”-a görə, home olaraq adlandırılan yerdir dashboard.


Friend feed


İlklərdən yerini yenilərinə vermiş olasa da, heç vaxt unutulmayacaq nostali efekti mənasını verir. Fərdin internet üzərində bütün etdiklərini (twitter, bloq) bir yerdən izləməyinizə kömək olur.


Poke



ŞŞT deməyin yoludur. Danışmaq cəsarəti olmayanların baş qəhrəmanı desək yanılmarıq. Dostunun dostuna özünü göstərməyin yollarından biridir. Həm də yeni biri ilə tanış olmaq üçün üsullar sırasına daxildir. “Facebook” da Poke terminini qarşı cinsin nümayəndəsini bəyəndim də deməkdir.


Qeyd edək ki, yazı Runway agentliyinin tərtib etdiyi “SOSYAL Medya” sözlüğü kitabından götürülüb.