Dubay mərkəzli investisiya şirkəti “Abraaj Group” 2017-ci ilin dekabrında “Yum Brands”dan aldığı “KFC Türkiye”ni satmağı və ya qrup içində başqa bir müəssisəyə transfer etməyi dəyərləndirir.
Facemark.az xəbər verir ki, WSJ yazır ki, investisiya şirkətinin belə qərar qəbul etməsinə səbəb 6 milyard dollar sərmayə qoyduğu qlobal satış fondunu ləğv etmək planları ilə bağlıdır.
“Abraaj Group” qlobal satış fonduna investisiyanı “KFC Türkiye”ni aldığı vaxt qoyub. Cari ilin əvvəlində isə qlobal satış fondunun ləğvi barəsində qərar qəbul edilib.
Mənbələrin adıçəkilən sayta bildirdiklərinə görə, qlobal satış fondunun ləğv edilməsi “Abraaj”ın 3 milyard dollarlıq sərmayəni investorlara qaytarması deməkdir: “KFC Türkiye ləğv edilən fondun bir hissəsi idi. Hazırda investisiya şirkəti məsələnin həlli ilə bağlı bütün mümkün variantları qiymətləndirir. Qiymətləndirilmədə olan seçimlərdən biri də odur ki, “KFC Türkiye” 2016-cı ildə türk şirkətlərinə dəstək üçün yaradılan 526 milyon dollar dəyərindəki sərmayə yenidən şirkətə transfer olunmalıdır”.
“Abraaj” isə gəzən söz-söhbətlərə cavab olaraq deyib ki, hər-hansı malın mütləq satılmasına ehtiyac yoxdur. Əgər “KFC Türkiye” satılacaqsa, bunu şirkətin əsas göstəriciləri çərçivəsində edəcəyik.