Avropanın qabaqcıl onlayn foto paylaşım platforması “Flickr” başqa foto tətbiqi olan “Smugmug” tərəfindən alınıb.


Facemark.az xəbər verir ki, Avropada geniş yayılmış olan platforma “Facebook” və “Instagram”ın inkişafı ilə təsirini itirib.


Sonuncu dəfə “Yahoo” tərəfindən alınan “Flickr” amerikan rənglərinə boyanmışdı.


Ailə şirkəti platformanı “Yahoo”dan alan, “Smugmug” tərəfindən satış ilə bağlı edilən açıqlamada bildirilib ki, “Flickr” ayrı bir xidmət olaraq peşəkar və həvəskar fotoqrafların xidmətində olacaq.


Qeyd edək ki, platforma 2005-ci ildə “Yahoo” tərəfindən alınıb. Platformada 100 milyon nəfər unikal istifadəçi milyardlarla foto paylaşır. “App Annie”ə görə, “Flickr” mobil tətbiq olsa da, ötən ay 150 foto tətbiqləri siyahısına daxil ola bilməyib.