Britaniyalı alimlərin yeni tədqiqatlarına əsasən, “Facebook” və “Twitter” kimi sosial şəbəkələr insanların qeyri-adekvat və narahat hislər keçirmələrinə səbəb olur. Eksperiment çərçivəsində sorğuda iştirak edənlərin 50 faizi bildirib ki, onların həyatı bu xidmətlərdən istifadəyə başladıqdan sonra mənfiyə doğru dəyişib.
Məlum olub ki, sosial şəbəkələr istifadəçilərdə natamamlıq kompleksi doğurur. Respondentlərin 75 faizi qeyd edib ki, sosial şəbəkələr onların yuxusuzluğuna səbəb olaraq istirahət etmələrinə ciddi maneə yaradır. İştirakçıların 25 faizi isə onlayn-mübahisələrdən sonra şəxsi və iş həyatlarında tez-tez problemlərin yarandığını bildiriblər.
Bu halda, Ümumdünya hörümçək torunun asılılıq yaratdığı ortaya çıxıb. Belə ki, respondentlərin 55 faizi sosial şəbəkələrdən istifadə imkanını itirdiyi halda özlərini narahat hiss etdiklərini deyiblər. Respondentlərin 60 faizi isə istirahət etmək məqsədilə şəxsi qurğularını söndürmək məcburiyyətində qalırlar.