Kreativ agentlik “Iris Worldwide”ın idarəedici şəriki və kreativ direktoru Gabi Mostert kreativ əməkdaşların öz fikirlərini paylaşmaqdan çəkinməyinin səbəblərindən və karyera pilləsində aldığı dərslərdən bəhs edib. Niyə fikir paylaşmaq həmişə qorxulu gəlir? Yazının ərsəyə gəlməsi, fikirlərimə əlavələr edilməsi üçün bir çox kreativ direktorlar ilə danışdım.


Onlardan biri mənə dedi ki, fikirlərim ərsəyə gələn zaman onlar yeni doğulan uşaqlar kimi bir az yöndəmsiz, gözəl olmurlar. Onlara ən axmaq insan belə zərər verə bilər. Hətta, çöküşə səbəb ola bilər.


Fikirlərin həyatda qalmağı üçün sevgi və istedada sahib insanlar lazımdır. Başqa biri isə fikirləri üçün “Onlar mənim körpə balalarımdır. Fikirlərimi mühafizə etmək məcburiyyətindəyəm. Çünki, bir addımlığımızda onları bıçaqlayıb öldürmək istəyən insanlar var”, - şərhini etmişdi.


Fikirlər üzərində qurulan sektorda çalışırıq. Amma iş onları bir-birimizlə bölüşməyə gəldikdə, bax orda çox yaxşı deyilik.


Fikir vermisinizsə, normal fikir mübadiləsi çərçivəsində biz düşüncələrimizi kreativ direktorlarla, müştəri qrupu ilə paylaşırıq. Amma iş o fikirləri digər kreativ direktorlar ilə bölüşməyə gəldikdə, orda dayanırıq.


Əlbəttə, bunun bir çox səbəbi var. Birincisi, düşünürük ki, fikirlərimiz kifayət qədər yaxşı deyil. Fikirləşirik ki, başqası o fikrə əlavə nəsə edərsə, bu halda həmin fikir 100% ilk bizdən çıxmayacaq. Fikirlərimizə edilə biləcək mənfi şərhlərdən və başqalarının fikirlərimizi oğurlamasından qorxuruq.


Mən də bu mövzularda çox təlaşlı idim. Bəzi qaranlıq günlərdə belə hələ də eyni təlaşı yaşayıram. Ancaq son illər fikirlərimi insanlarla paylaşmaq üçün şüuraltı olaraq çox səy göstərdim. Kifayət qədər önəmli dərslər aldım. Üstəgəl, bir az səydən sonra, bunu etmək sanki asanlaşdı.


Növbəti sətirlər fikirlərini paylaşmaqdan qorxan kreativ direktorlar və kreativ departamentinin bir az daha açılmasını istəyən liderlər üçündür.


Fikirlər yumurta deyil


Üstlərinə oturub içindən cücənin çıxmasını gözləyə bilməzsiniz. İşinizlə bağlı olaraq etdiyiniz hər müzakirə sizi daha yaxşı bir mövqeyə gətirəcək. Fikirlərinizi detallaşdırmaq və satmaq məsələsində daha peşəkar olacaqsınız. Üstəgəl, ön görüşmələrdə fikirlərinizi təqdim etməyiniz, sizə daha çox təcrübə qazandıracaq.


Açılın


Fikirlərin paylaşılması təbii qarşılıqlı təsir göstərir. İnsanlar özlərinə dəyər verildiyini hiss edəcəklər. Sizinlə fikirlərini paylaşmaq üçün açıq qapı qoyacaqlar. Fərqli baxış bucağına malik olan bir neçə kreativ tapın. İşlərinizi onlarla paylaşın. Beləliklə, baryerləri aradan qaldıra bilər, qarşılıqlı təsir yarada və hər paylaşımdan nəsə qazanarsınız.


Eyni, sıxıcıdır


Fərqli təmələ sahib zehin bir araya gəldikdə, ortaya qeyri-adi və həyəcanverici işlərin çıxmaq şansı da o qədər artır. Əgər sizin fikirlərinizi hər kəs təsdiqləyirsə, deməli müzakirə üçün bütün qapılar bağlanır. Nəticədə, ortaya çıxan fikirlər işəyaramaz olacaq.


Fikirlər gəlir və gedir


Bəzi, kreativlər onların fikirlərinin kopyalanmasından qorxurlar. Ancaq yaratdığı obraz “Oswald the Lucky Rabbit” rəqib istehsalçı tərəfindən oğurlandığı zaman “Walt Disney” içki içib, şikayət etmədi. Bunun əvəzinə yeni bir obraz yaratdı. “Mickey Mouse”. Əgər fikirlərinizin oğurlanmasından qorxursunuzsa, deməli çox da fikiriniz yoxdur. Daha çox istehsal edin.


Ananızdan soruşun


Fikirlərinizi ana, dost, hətta taksi sürücüsü kimi sektorlarda olan insanlar üzərində test etmək hər zaman yaxşı effekt verir. Onlar, sizin fikirlərinizi göylərə çıxarmağınıza mane olacaqlar. Unutmayın ki, onlar işinizi həqiqətən də görə biləcək insanlardır.


Fikrin inkişafı üçün yer lazımdır


Qrup olaraq bir masa arxasında toplanırıq. Ona görə toplanırıq ki, ən yaxşı versiyamızı həqiqətə daha da yaxınlaşdıra bilək. Burda Avtoritarlıq yoxdur!, Ego yoxdur!. Sadəcə işimiz və onu daha da yaxşı etmək üçün təkliflərimiz var.


Siz, işiniz deyilsiniz


Gəlin etiraf edək ki, fikirlərimizə gələn tənqidlərə qarşı çoxumuz çox həssas oluruq. Hətta inciyirik də. Amma gizlilik içində verilən, dürüst geridönüşlərdə hədəf siz yox, sizin işinizdir. Kreativlər sizə səslənirəm. Ortaya işə yaramayan fikir atmaqla, işə yaramaz olmursunuz. Mənə, təbiətdə elə bir şey göstərin ki, o il böyük məhsul verir. Ona görə, növbəti mərhələdə yazıb-pozmağa bir az ara verməliyik. Qalan zamanımızda fikirlərimizi bölüşməliyik. Bunun nəticəsi isə daha yaxşı iş olaraq sizə geridönəcək. Onsuz işdə hamımızın məqsədi də bu deyilmi? Daha yaxşısını etmək?


Son olaraq onu deyim ki, bütün böyük fikirlər heç bir zaman tək yaranmır. Mənə bu yazı üçün fikir verən hər kəsə təşəkkür edirəm. Onlar hesabına daha yaxşı kontent yarada bildim.


Mənbə: campaigntr.com