Sosial şəbəkə istehsalçılara və reklamçılara bu ay reklam əlavələrini (proqramını) birbaşa istifadəçinin xəbər lentini mobil versiyasına yerləşdirməyi təklif edəcək.


Məsələn, əgər istifadəçi ‘’Zynga’’-nın məşhur mobil oyunlarından birini olan ‘’Words With Friends’’ oyununu fəal oynayırsa, o Facebook-un mobil xəbər lentində həminki istehsalçıdan əlavə oyunların reklamını görəcək.


Nəşrin mənbələri qeyd edir ki, Facebook istehsalçıları istifadəçilərin mobil qurğularında yaradılmış əlavələri (proqramları) izləməyə imkan yaradan və bu informasiya əsasında reklamı hədəfləmək üçün texnologiya yaradıb. Sosial şəbəkə nümayəndələri WSJ-yə bu informasiyanı şərh etməkdən imtina ediblər.


Eyni zamanda, sosial şəbəkə yalnız istifadəçi giriş edərkən öz Facebook-hesabı ilə istifadə etdiyi əlavələri (proqramları) izləyə biləcək. Xatırladaq ki, Facebook ‘’Connect’’ funksiyasının köməyi ilə istifadəçilər sayt və əlavələr (proqramlar) üçün ayrı-ayrı hesab yaratmayaraq, öz Facebook-hesab məlumatlarından istifadə edə bilərlər. Məsələn bu funksiya sosial şəbəkədə, Facebook-da müxtəlif cür oyunlar oynamağa imkan yaradır.


Ancaq indiyə qədər Facebook ’’Connect’’ funksionasını monetizasiya etməyə cəhd etməyib. Bundan əlavə, sosial şəbəkə daha əvvəl reklam hədəfləməsi üçün yalnız şəxsi baza informasiyasından istifadə etmədi, həmçinin markaların və marka səhifələrinə istifadəçilər tərəfindən verilmiş "Like"-lardan istifadə etdi.


Facebook-un yeni reklam məhsulu istifadəçilərin və bazar tənzimçilərinin mənfi reaksiyasına səbəb ola bilər. Sosial şəbəkələr sübut etməlidirlər ki, məlumatların toplanması üçün istifadəçi məhz hansı əlavələri (proqramı) mobil qurğuya yükləyərək məxfilik qaydalarını pozmur.


Facebook yeniliklər ilə mobil xidmətlərinin monetizasiya strategiyasını davam etdirmək niyyətindədir. Yeni reklam formatı üçün ödəniş Facebook-istifadəçilərin mobil qurğularına qabaqcıl əlavənin (proqramın) quraşdırılma sayından asılı olacaq.


WSJ mənbələrinin məlumatlarına görə, yeni reklam məhsulunun təqdimatı 16 iyul tarixində ola bilər, Facebook bir rüb ərzində ilk dəfə olaraq ictimai şirkət gedişatı və ya maliyyə göstəriciləri haqqında hesabat verəcək.


Nəşr qeyd edir ki, Facebook-da olan bütün reklam mesajlarının yarısının ətrafında əlavələrin (proqramların) payı mövcuddur. Oyun və əyləncə əlavələriylə (proqramlarıyla) yanaşı, bir sıra şirkətlər reklam xarakterli proqramı sosial şəbəkəyə təqdim edir- məsələn, Coca-Cola əlavəsi (proqramı) markanın ənənəvi çeşidlərindən içki qarışığı yaradaraq, Ford əlavəsi (proqramı) şəxsi virtual ''Ford Mustang'' yaratmağa imkan yaradır.


Facebook istifadəçilərinin sayı 900 milyonu ötür və onların yarısından çoxu sosial şəbəkənin mobil xidmətlərindən istifadə edir. May ayıda birjada ilkin ictimai yerləşdirməni keçən və 104 milyard dollarda kapitallaşdırma qiymətləndirilməsinə nail olan sosial şəbəkə, investorlara və mobil rabitə xidmətləri daxil olmaqla, öz inkişaf sabitliyini və gəlir alınmasının müxtəlif variant mövcudluğunu sübut etməlidir.


2011-ci ildə Facebook-un gəliri 3,7 milyard dollara qədər 88% artıb və sosial şəbəkə istehsalçılara il ərzində 1,4 milyard dollar ödəyib. 2012-ci ilin birinci rübündə Facebook-un gəliri 1 milyard dollar təşkil edib və gəlirin çoxu reklamların hesabına əldə edilmişdir.