Daha əvvəl 38 milyon dollar və 52 milyon dollara (öncəki rekord qiymət-red.) satılan “Ferrari GTO” artıq tarixə öz adını yazdırır. Belə ki, 1963 model “Ferrari GTO” 70 milyon dollara satılıb.
Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla da “Ferrari GTO” dünyanın ən bahalı avtomobili olub.
Mövzu ilə əlaqədar şərh edən “Ferrari” mütəxəssisi Marcel Massinin iddiasına görə, alman kolleksiyaçı David MacNeil 1963 model bir “Ferrari GTO”yu 70 milyon dollar qarşılığında satın alıb: “70 milyon dollar avtomobil üçün ödənilən ən yüksək rekorddur”, - mütəxəssis deyib.
Marcel Massi iddia edir ki, qarşıdakı 2-3 il ərzində “Ferrari GTO” 100 milyon dollara satılacaq.
Nə üçün 1963 model “Ferrari GTO” belə bahalı satılır?
Dünyada yalnız 36 “Ferrari GTO” var. Ona görə, bu xüsusi avtomobili 36 nəfər alaraq onu dəyərli edir.
Lakin 70 milyon dollarlıq satış rekordu qıran 1963 model “Ferrari GTO”nun fərqli bir xüsusiyyəti var. Avtomobil 1964-ci ildə reallaşan “Tour de France” yarışlarında birinci, “Le Mans”da isə dördüncü olmuşdu. Bu səbəblə digər modellərə görə bir qədər daha bahalıdır.