“Coca-Cola” Rusiya bazarında içməli suyun yeni premium brendini -“Smartwater”i buraxır.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məhsulun adıçəkilən bazarda satışa çıxarılması daha 5 Avropa ölkəsi, məsələn İrlandiya, Xorvatiya, Macarıstan, Çexiya və Avstriya ilə üst-üstə düşüb.
“Smartwater” – təbii suyun dövr etməsini təkrarlayan unikal texnologiya əsasında hazırlanan “ağıllı sudur”. Təbii mənbədən çıxarılan su buxara çevirilir, kristal halını alan təmiz suyu əldə etməkdən ötrü sonra yenidən kondensasiya olunur.Alınmış suya “ağıllı” elektrolitlər - mineral maddələr kompleksi əlavə edilir.
Brend hələ 2007-ci ildə “Coca-Cola”nın portfelində meydana gəlib və “buludlardan ilhamlanaraq” hazırlanan yeni dad bütün dünyada istehlakçılar tərəfindən yüksək qiymətləndirilib. “Smartwater” ABŞ və Böyük Britaniya bazarının premium su seqmentində liderdir. Həmçinin “ağıllı su” “Coca-Cola”nın su portfelində ən gəlirli marka hesab olunur. “Smartwater” yeni stildə rəflərdə yer alacaq. Minimal dizaynda, tamamilə yenidən emal edilən yeni butulkalar 0,6 və 1,1 litr olmaqla qablaşdırılacaq. “Coca-Cola”nın yeni dadını öncə Moskva və ölkənin şimal-qərb bölgələrində görmək mümkün olacaq.
“Coca-Cola”nın Rusiya, Belarus, Ukrayna bazarları üzrə marketinq direktoru An Bon deyib ki, Rusiya bazarında su satışlarda ən böyük paya sahibdir:
“Müasir insanın həyatında suyun əhəmiyyətini həddindən artıq qiymətləndirmək çətindir. Bu maddə idmançıların və sağlam həyat tərzi keçirən insanların qidanlanmasının ayrılmaz hissəsidir. Rusiya bazarında su satışlardakı ən böyük payı - 44% tutur. Biz çox gözəl dadla, prinsipial olaraq yeni innovasiya məhsulunu təqdim etməkdən dolayı şadıq. “Smartwater” gəlişi ilə suyun Rusiya bazarında daha bir seqmentini yaradırıq. Məhsul premium seqment, ümumilikdə “smart” yaşamaq istəyən bütün istehlakçılar üçün nəzərdə tutulub”, - deyə marketinq direktoru bildirib.