Facemark.az Ailə TV Televiziya xidmətləri operatorunun məlumatlarına istinadən iyun və iyul ayları ərzində azərbaycanlıların baxdığı TOP 10-türk kanalının adını və izlənmə saatlarını təqdim edir.


Reytinqə görə, azərbaycanlılar iyun ayında türk aparıcı, prodüser, biznesmen Acun Ilıcalının TV 8 kanalına daha çox baxıblar. Kanal təkcə iyunda 7100 saat izlənilib.


İyun ayının statistikasına biznesmenin daha bir televiziya layihəsi olan TV 8.5 kanalı da daxil olub. TV 8.5 türk kanalları kateqoriyası üzrə TOP-10-luqda 8-ci olub və 1302 saat baxılıb. TV 8-dən sonra ən çox izlənilən kanallar isə “Star” (6197), “ATV Türk” (4421) olub.


İyunda baxdığımız ingilis dilli kanallar isə “Nickelodeon” (2953 saat), “Kinozal” (2024), “Cartoon Network” (1851), “TV 1000 Action” (1444), “Disney Channel” (1343), “Euronews” (1301), “Nick Jr” (1273), “Nat Geo Wild” (915), “MTV Hits” (735), “A Spor” (649) olub.


İyunda baxdığımız türk kanalları


Sıra sayı


Kanal adı


Saat izlənilib


1


TV 8



7100


2


Star


6197


3


ATV Türk



4421


4



Show TV



2732



5


Kanal 7


2709



6


TRT Çocuk



1881


7


TRT 1


1758



8


TV 8.5



1302


9


Kral Pop



917


10


Beyaz TV



684



İyulda baxdığımız türk kanalları


İyul ayının reytinqində birinci pillədə “Star” TV-i qərlaşıb. Kanala təkcə iyul ayında 4871 saat baxılıb. TOP 10-ğa “TRT Çocuk”, “Minika Çocuk” kimi uşaqlara xitab edən TV-lər də daxil olmağı bacarıb.


İyulda baxdığımız ingilis dilli kanallar isə belə olub: “Kinozal” (2924), “Nickelodeon” (2649), “Cartoon Network” (1091), “TV 1000 Action” (1709), “Euronews” (1488), “Disney Channel” (1022), “Nick Jr” (1022), “Nat Geo Wild” (954).


Həm iyun, həm də iyul ayının reytinqinə nəzər saldıqda məlum olur ki, ingilis dilli əncəbi kanallara baxanlar kinosevərlər, cizgi filmi sevənlər, xəbər axtarışında olanlar və idmanı sevən auditoriyadır.


Sıra sayı


Kanal adı


Saat izlənilib


1


Star



4871


2


Kanal 7



2082


3


Show TV



2788


4


TV 8



2196


5


TRT Çocuk



1829


6


TRT 1



1608


7


ATV Türk



1582


8


Minika Çocuk



1031


9


Beyaz TV



915


10


Akıllı TV



439