HBO telekanalın yeni mövsümü ilə bağlı olaraq, veriliş, serial, filmlərin tizerini buraxıb. Telekanal “Əsl dedektiv” (True Detective) filminin 3-cü və “Böyük kiçik yalanlar”ın (Big Little Lies) isə 2-ci mövsümünü, eləcə də ən məşhur seriallardan biri olan “Taxt Oyunlarının” yeni kadrlarından hissələri tamaşaçılarına göstərib. HBO çarxda serialın növbəti mövsümündə olacaq əsas hadisələrə fokuslanıb.


Belə ki, Con Snou və onun bacısı Sansa Stark uzun ayrılıqdan sonra görüşəcəklər. Deyeneris Tarqarien və Trion Lannister isə gələcək müharibənin planlarını müzakirə edirlər. Bundan başqa, kanal Lannisterov ilə Deyneris Tarqarienin qoşunları arasında baş tutan genişmiqyaslı döyüşün də fraqmentini göstərib. Döyüş əjdahalar ilə dəstəklənir. Film istehsalçıları isə söz verir ki, yeni mövsümdə filmdə keçəcək hadisələr daha qanlı və qəddar olacaqdır.


Bundan başqa, pərəstişkarlar bilməlidirlər ki, onlar yeni mövsümü elan edilmiş vaxtdan bir qədər gec izləməli ola bilərlər. Belə ki, telekanal söz verir ki, filmin yeni mövsümü 2019-cu ilin mayında ekrana çıxacaq. Amma telekanal, həmçinin qeyd edir ki, yeni mövsümün telekanalda tamaşaçılara göstərilməsi 2019-cu ilin iyun ayına qədər uzana bilər.