Milyarder iş adamı Mark Benioff sosial media hesabı “Twitter”dən “Time” jurnalını alması ilə bağlı açıqlama edib.


Facemark.az xəbər verir ki, alış ilə bağlı açıqlamada qeyd olunub ki, “Time”ın hər zaman hamımıza təsir edən gücü, cəmiyyətimizin bütün üzvlərinini bir-birinə bağlaması, insanların hekayələrini tərəfsiz şəkildə çatdırması olub. Biznesmen bildirib ki, jurnal mədəniyyət və tariximizin bir xəzinəsidir: “Bu quruma böyük hörmətimiz var və bu tarixi markanın idarəçiləri olmaqdan qürur duyuruq”.


Meredith Corp. mart ayından TIME, Fortune və Sports Illustrated daxil olmaqla 4 jurnal üçün alıcı axtardığını elan etmişdi. “Forbes”ə görə, 6,7 milyard dollarlıq sərvəti olan Mark Benioff, “TIME”ı almaqla, media quruluşunu alan digər ABŞ milyarderləri arasına daxil oldu.


Məsələn, dünyanın ən zəngin insanı olan “Amazon” şirkətinin sahibi Ceff Bezos 2013-cü ildə ölkənin öndə gedən qəzetlərindən biri olan “Wahington Post”u almışdı. Eyni ildə Boston Red Sox adlı beyzbol komandasını milyarder sahibi Con Henri, “The Boston Globe” qəzetini, biotexnologiya sahəsində sərvət qazanan Patrik Sun - Şionq da “The Los Angeles Times” qəzetini almışdı. “Apple” şirkətinin şəriklərindən biri olan Stiv Cobsun həyat yoldaşı Lauren Pauell ötən il “The Atlantic” jurnalının səhmlərinin böyük qismini aldığını elan etmişdi.


Qeyd edək ki, təxminən 8 ay öncə “Meredith Corporation”a satılan jurnal yenə də əl dəyişdirir. “TIME”ın yeni sahibi bulud texnologiyası sahəsində önəmli adlardan biri olan “Salesforce.com”un CEO-su milyarder iş adamı Mark Benioffdu və həyat yoldaşı olacaq. “Forbes”ə görə, 6,9 milyard dollarlıq şəxsi sərvətləri ilə cütlük, jurnalı 190 milyon dollar qarşılığında alıb.