AccessBank dəftərxana, təsərrüfat və ərzaq məhsullarının təchizatı üzrə tender elan edir.
Facemark.az-a bankdan verilən məlumata görə, AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.
Bankın məlumatında deyilir ki, tender dəftərxana, təsərrüfat və ərzaq məhsullarının təchizatı ilə əlaqədar elan olunub.
Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2018-ci il oktyabr ayının 3-də başa çatır.
AccessBank-ın daha bir tenderi isə taksi xidmətləri üzrədir. Adıçəkilən tender ilə bağlı qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2018-ci il oktyabr ayının 1-də başa çatır.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün procurement@accessbank.az elektron ünvanına, yaxud (+994 55) 201 07 98 nömrəsinə müraciət edə bilərlər.