Oreo-nun gey-parada hazırlanmış göy qurşağı formasında olan peçenyeləri 210 000 “like” topladı
Oreo kampaniyasının Facebook-dakı postu, hansı ki, gey-parad üçün xüsusi hazırlanmış “göy qurşağı peçenye” – iki gündən də az bir vaxt ərzində 210 000 “like” toplamışdı.
Beləliklə, bu post bütün sosial şəbəkələrdə ən populyar postlardan biri oldu.
Oreo tərəfindən çap edilən posterdə kampaniyanın standart peçenyeləri əks olunub, ancaq peçenyenin iki ağ rəngli krem qatı arasında bir neçə qat göy qurşağı rəngli hissələr yerləşdirilib. Poster iyun ayındakı gey-parada həsr olunmuşdu, hansı ki, ABŞ və Avropanın bir neçə şəhərlərində keçirilmişdi.
Oreo-nun 27 iyun tarixindəki postuna 33 000-dən çox şərh gəlmişdir. Sosial şəbəkədə 63 000-dən çox istifadəçi şəkli şəxsi Facebook səhifəsində post etmişdir.
Los Angeles Times-in də qeyd etdiyi kimi, son zamanlar ABŞ-da bir çox nəhəng kampaniyalar gey-auditoriyaya müxtəlif aksiyalarla diqqət çəkməyə çalışırdılar. Belə ki, American Express-də xüsusi sosial şəbəkə olan “pride network” var və burada mindən çox istifadəçi istifadə edir. Cisco gey-işçilərə xüsusi bonuslar təklif edir.
Bununla yanaşı, Los Angeles Times qeyd edir ki, gey-cəmiyyət o qədər də böyük deyil, ancaq o brendin qəbul olunmasında çox böyük əhəmiyyətə malikdir. Beləliklə, gey-fəallar onlara etimadsız olan brendləri boykot edə bilərlər və əksinə, geylərə yaxşı münasibət bəsləyən brendlərin inkişafında yaxından iştirak edə bilərlər.