Facemark.az noyabrın 2-də baş tutan Biznes İdarəçiliyi Forumunun baş sponsoru olan “BSC Consulting&Outsourcing” şirkətinin təsisçisi İkram Fikrətoğlu ilə olan müsahibəsini təqdim edir.


- “BSC Consulting&Outsourcing” konsaltinq şirkətinin əsasını kim və necə qurub. Belə bir şirkətin əsasının qoyulması hansı zərurətdən yaranmışdır?


Şirkətin açılması 1997- ci ilə təsadüf edir. BSC Azərbaycanda yaranan ilk konsaltinq şirkətlərdən biridir. Şirkətin adı və fəaliyyətinin əsası biznesmenlərə, iş adamlarına və bu sahədə özünü sınamaq və çalışmaq istəyən sahibkarlara hüquq, maliyyə, mühasibatlıq, kadr və idarəetmə xidmətlərinin təqdim edilməsi nəzərdə tutulmuşdur.


- Bir çoxlarımıza məlumdur ki, “BSC Consulting&Outsourcing” hələ 20 il bundan öncə yaranıb. Bu il ölkəmizdə maliyyə savadlılığının artırılması ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Nələr dəyişib?


Bildiyimiz kimi, maliyyə savadlılığı maliyyə istehlakçılarının öz rifah hallarını yaxşılaşdıra bilmək üçün maliyyə məhsulları və konsepsiyalarını başa düşmək, maliyyə risklərini və imkanlarını qiymətləndirmək, məlumatlı seçimlər etmək və digər səmərəli addımlar atmaq üzrə bacarıqlar toplusudur. Maliyyə savadlılığı 20 il bundan öncəki vəziyyətlərlə müqayisə edilməyəcək dərəcədə inkişaf etmişdir. Beynəlxalq təcrübədən görə bilərik ki, bir çox ölkələrdə maliyyə savadlılığı üzrə dövlət proqramları və ya strategiyalar mövcuddur və eyni zamanda maliyyə savadlılığının təhsil proqramına əlavə edilməsi üzrə işlər aparılır. Azərbaycanda bu sahədə istisna deyil. Orta və ali təhsil məktəblərində bildiyimiz kimi xüsusi təhsil proqramları tətbiq olunmağa başlayır, Mərkəzi Bank özünün təşkilati missiyasına əsasən 2010-cu ildən Maliyyə Savadlılığı üzrə layihənin icrasına start vermişdir. BSC MMC öz növbəsində maliyyə savadlılığı üzrə məsləhət mərkəzləri açmağı planlaşdırır.


- Nələrin dəyişməsini istərdiniz?


Ciddi vergi islahatlarının aparılmasını, maliyyə bazarında bank faiz dərəcələrinin aşağı salınmasını, Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi sahəsində daha çevik və müasir metodların tətbiq edilməsini, əlavə manelərin və sahibkarlara yaradılan əlavə xərclərin tamamilə aradan qaldırılmasını istərdik.


- Hansı şirkətlər ilə əməkdaşlığınız davam edir?


Müxtəlif fəaliyyət sahəsindən olan müştərilərinin bizneslərinə göstərdiyi konsatlinq xidməti nəticəsində bir çox şirkətin uğurlarında “BSC Group”-un töhfəsi xüsusi olmuşdur. Məhz bunun məntiqi nəticəsində məmnun müştərilərin məsləhəti ilə “BSC Group” bir çox yeni-yeni müştərilərin etibarını da qazana bilmişdir. Hal-hazırda təyinat və mürəkkəblik dərəcəsi fərqli olan 50-dən artıq şirkətlə uğurla əməkdaşlıq edir. 20 ilə yaxındır ki, peşəkar komandası ilə bilik və təcrübələrini müştərilərinə təqdim edən “Business Service Centre” MMC ilk fəaliyyətə başladığı zamanlarda əməkdaşlıq etdiyi şirkətlərə günümüzdə də hüquq, mühasibatlıq, kadr və idarəetmə üzrə kompleks şəkildə xidmət göstərir. “BSC Group” məhz bu dəyərlərə verdiyi önəmi sayəsində 1997-ci ildən Azərbaycanda “Azercell Telekom”, “Coca-Cola Bottlers” MMC, Azərbaycan Respublikasındakı “Türk Hava Yolları” Nümayəndəliyi, “ArazRəng LTD”, “Şüko İstanbul Uluslararası İnşaat Ticarət Liminited” şirkətinin Azərbaycan Respublikasındakı filialı, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik, kimi tanınmış şirkətlərin etibarını qazanmışdır. Müxtəlif fəaliyyət sahəsindən olan müştərilərinin bizneslərinə göstərdiyi konsatlinq xidməti nəticəsində bir çox şirkətin uğurlarında “BSC MMC”nin töhfəsi xüsusi olmuşdur. Məhz bunun məntiqi nəticəsində məmnun müştərilərin məsləhəti ilə “BSC MMC” bir çox yeni-yeni müştərilərin etibarını da qazana bilmişdir. Hal-hazırda “Business Service Centre” MMC təyinat və mürəkkəblik dərəcəsi fərqli olan 30-dən artıq şirkətlə uğurla əməkdaşlıq edir.


- 20 ildə müştəri etibarlılığını necə qoruyub saxlamısınız? Çətin deyil ki?


Müştəri məmnuniyyətinin təmin edilməsi ən vacib məsələdir. Onu da qeyd edim ki, müştərinin referansı bizim əsas reklamımızdır. Keyfiyyət, müştəri sirrinin qorunması, vaxta qənaət əsas olan meyarımızdır. Necə deyərlər hər şey müştəri üçün!


- Azərbaycanda konsaltinq şirkətləri arasında rəqabəti necə qiymətləndirirsiniz?


Rəqabət yavaş-yavaş formalaşır. Rəqabətdə həmişə inkişaf vardır. Biz rəqabətə çox pozitiv baxırıq və ona görə də keyfiyyət əsas ölçü meyarımızdır.


- Son olaraq, BİF 2018-ə sponsor olmaqla bağlı necə qərar qəbul etdiniz? Forumun sahibkarlara, iştirakçılara nə kimi faydasını gözləyirsiniz?


BİF 2018-ə gəlincə, hesab edirəm ki, SAT GROUP artıq bazarda sözünü və özünü göstərmiş bir şirkətdir. Qısa bir zamanda özünə rəğbət və hörmət qazandı. Sahibkar və iştirakçılar bu forumdan fəaliyyətləri ilə əlaqədar yeni biliklər və taktikalar əldə edəcək. Forum bu iştirakçılara tanışlıq və əlaqələr üçün bir fürsət verəcəkdir. Biz də buna öz keyfiyyətli işimiz və 20 illik təcrübəmizlə dəstək verəcəyik. Biz sahibkar və iştirakçıları inkişafa aparan tərəfdaş olmaq arzusundayıq və bu reallaşacaqdır.