2019-cu ilin yanvarın 1-dən Vergilər Məcəlləsinə yeni dəyişikliklər olub. FMR TV-nin qonağı “SM Consulting” şirkətinin rəhbəri Emin Səttarovdur.
“Hər-hansı bir ödəyicilər ödəniş fomasından asılı olaraq müəyyən ƏDV məbləğləri 10% nağd qaydada ödəniş zamanı, 15%-isə nağdsız ödəniş zamanı geri qaytarılacaq. Bəzi insanlar isə düşünür ki, bu ödənilən məbləğin 10%-dir. Bu belə deyil.
Fərz edək ki, siz hər-hansı marketdən alış-veriş edirsiniz, 590 manat ödəniş etmisiniz. 90 manat isə ƏDV-dir. Nağd ödəniş etdikdə, 90 manatın 10%-i, yəni 9 manatı, nağdsız olduqda isə 15%-i geri ödəniləcək. Amma bu necə olacaq? Müəyyən sənəd formasını təqdim etdiyin anda bu baş verəcək. Bununla bağlı məcəllədə nəzərdə tutulub ki, yeni nəzarət kassa aparatları təqdim olunacaq.
Bəzi şəxslər nəzarət kassa aparatlarının çeklərini, post-terminal qəbzlərini yığır. Bu keçərli deyil. Bunun üçün yeni nəzarət kassa aparatları qurulacaq, onların xüsusi seriya nömrəsi olacaq. Yəqin ki, biz bunun üçün hər-hansı portla daxil olacağıq. Bunun üçün hələ də meyar və qaydalar yoxdur. Amma fərz edirəm ki, bu belə olacaq, biz portala daxil olacağıq və seriya nömrəsini yazacağıq. Çünki onlar unikal olacaq, təkrarlanmayacaq. Və orda bir hesab bəyan edəcəyik. O hesab əsasında dövlət tərəfindən bizim pulumuz geri qaytarılacaq.
Bəziləri düşünür ki, bunu sahibkar qaytaracaq, amma yox dövlət edəcək. Bu dövlət tərəfindən olan geri qaytarılmalardır. Siz nağdsız ödəniş etsəniz, bu alıcını daha çox stimullaşdıracaq. Dövlət həm də sizin vasitənizlə sahibkarın dövriyyəsini müəyyən etmiş olacaq. Həm yayınma hallarının qarşısı alınacaq, həm də əhali isə qismən də olsa pulunu geri alacaq”.
Məcəlləyə olan digər əsas dəyişiklikləri öyrənmək üçün videoya baxa bilərsiniz.