Martın 21-də, cümə axşamı Brelin mərkəzində iki rəqib “YouTube” kanalının pərəstişkarları arasında kütləvi dava baş verib və iş o yerə çatıb ki, polislər də işə qarışıb.


Facemark.az xəbər verir ki, bu barədə BBC nəşri yazıb.


Kütləvi davada təxminən 50 nəfər birbaşa mübarizə aparıb və onlardan 9 nəfəri yaralanıb. Almaniya mətbuatı pərəstişkarlar arasında baş verən kütləvi davanın səbəbkarları qismində “YouTube”un Berlin və Ştutqartdan olan ulduzlarını –“Thatsbekir” və “Bahar Al Amood” günahkar görüb.



KİV yazıb ki, onlar sosial şəbəkə vasitəsilə pərəstişkarlarını kütləvi davaya cəlb etmək üçün çağırışlar edib. Hə r iki blogger isə baş verən hadisədən özünü günahkar görməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcıqazdan istifadə etmək məcburiyyiyyətində qalıb. 400 nəfərin iştirak etdiyi kütləvi davanın iştirakçıları polislərin cəhdlərinə məhəl belə qoymayıb. İddialara görə, polislə pərəsişkarlar arasında toqquşmalar baş verib və onlar hüquq-mühafizə əməkdaşlarına daşlar atıblar. İki nəfər polis əməkdaşı dava nəticəsində yaralanıb və 6 nəfər iştirakçı isə gözyaşardıçı qazın neqativ təsirini səhhətində hiss edib.


Polis təşkilatının başçısı sosial şəbəkələrdə ulduz olan şəxslərin daha məsuliyyətli olmasına çağırış edib. O, ulduzların sosial şəbəkə üzərindən insanlara rasional təsirindən şikayət edib. Hüquq-mühafizə orqanları bir daha sosial şəbəkələrdə məşhur olan şəxsləri daha məsuliyyətli olmağa və pərəstişkarları zorakılığa çağırmamağı xahiş edib.