Şərqi Avropanın kreativ marketinq və reklam kommunikasiyaları üzrə ən böyük festivalı müsabiqə ilə bağlı işləri 29 marta qədər qəbul edəcək.


Facemark.az-ın media partnyoru olduğu festivalın 2019-cu il mövsümünün birinci yaradıcı agentliyinin-qalibin adı aprelin 19-da elan ediləcək.


“White Square” AKAP-ın bütün reytinqlərinə daxil edilib: AKAP-ın kreativlik reytinqi: Reklam, brendinq, digital, marketinq xidmətləri (birinci hər ikisi yüksək bala sahibdir) kommunikasiya agentliklərinin effektivlik reytinqi və media agentliklərinin effektivlik reytinqi və s. Hər il festival ənənələrini saxlayaraq, inkişaf edir.


Qlobal kreativ index “The Gunn”un nümayəndələri, festivalın proqramın təşkilini və münsiflər heyəti və girişləri yüksək qiymətləndirmiş və “White Square”yi Şərqi Avropanın ən böyük reklam festivalı kimi qəbul etmişdi. Təşkilatçılar əmin edir ki, festival ənənələri qoruyacaq, eyni zamanda yenilikləri və sahə üzrə əsas sənaye tendensiyalarını dəstəkləyəcək.


29 marta, yəni beş gün içində işlərinizi adfest.by üzərindən göndərə bilərsiniz. Müsabiqədə kommunikasiya, marketinq üzrə mediaagentliklər, digital və dizayn studiya və digər şirkətlər iştirak edə bilər. Eləcə də adıçəkilən agentliklərdə işləyənlər də öz işlərini festivala göndərə bilərlər. Müsabiqədə iştirak etmək çox sadədir və vaxt aparmır: Bunun üçün siz adfest.by saytı üzərindən qeydiyyatdan keçməli, müvafiq müsabiqə məzmununu və nominasiyasını seçməli və şəxsi otaqda müvafiq tapşrııqları yükləməlisiniz.


Təşkilatçılardan verilən məlumata görə, festival haqqında Facemark.az-da daxil olmaqla, Şərqi Avropa və MDB ölkələrinin, ümumilikdə 30-dan çox nəşrində informasiya paylaşılacaq.


Qeyd edək ki, festival 17-19 apreldə Minskdə baş tutacaq.