2019-cu ildən etibarən Endorphin reklam agentliyinin CEO-su Orxan Kərimov dünyanın ən tanınmış reklam festivalı olan Cannes Lions-ın Rəsmi Azərbaycan Təmsilçisi oldu.
Facemark.az xəbər verir ki, 1954-cü ildən bəri hər il Fransanın Cannes şəhərində təşkil olunan Cannes Lions 100 ölkədən 20000-ə yaxın ziyarətçinin qatılımı ilə dünyanın ən böyük yaradıcılıq festivalı olaraq adlandırılır.
27 kateqoriyada, 35000-dən çox işin dünyanın ən tanınmış 400 reklamçısı tərəfindən dəyərləndirildiyi Lions, həqiqətən də hər reklamçının xəyallarını bəzəyən bir festivaldır.
Lions Festival ailəsinə üzv Dubai Lynx, Eurobest və Spikes Asia kimi festivallarla daha da genişlənən Cannes Lions, bir çox ölkədən rəsmi təmsilçiləri özündə birləşdirir. Endorphin reklam agentliyi CEO-su Orxan Kerimovun da bu il siyahıya daxil edildiyi xəbəri Cannes Lions tərəfindən rəsmi olaraq paylaşıldı.
Festivalın Azərbaycan Təmsilçiliyi ilə yanaşı festivalın tanıtım fəaliyətləri, digər ölkə və iştirakçılarla əlaqə məsələlərində aktiv iştirak edəcək Kərimov, Azərbaycanın dünya reklam arenasında daha çox tanınması üçün də üzərinə önəmli bir məsuliyyət götürdü.
2009-cu il İstanbul Universiteti, İletişim / Sinema ve Televizyon fakultəsindən məzun olan Orxan Kərimov reklam həyatına da yenə eyni şəhərdə başladı. 2014-cü il Azərbaycana qayıdaraq Endorphin reklam agentliyini qurdu. Hal-hazırda Endorphin reklam agentliyi Azərbaycan Milli Olimpiya Komitəsi, Pasha Holding, Kapital Bank, Port of Baku, Azərbaycan Beynəlxalq Bankı kimi 20-ə yaxın müştəriyə xidmət göstərməyə davam edir.
Qeyd etmək yerinə düşər ki, 2012-ci ilin iyun ayının 17-23-ü arası keçirilən 59-cu İntenational CANNES LİONS Festivalının Azərbaycan üzrə ilk media partnyoru facemark.az və FMR TV olub.