Ali məktəb tələbələrinin I “İdeal Məntiq” olimpiadasının keçirilməsi ilə bağlı təşkilat komitəsinin məlumatı:
1) Olimpiadanin I mərhələsi 7-10 noyabr tarixlərində keçiriləcək;
2) İştirakçılara buraxılış vərəqələri 4 noyabr tarixində e-mail vasitəsilə göndəriləcək. Buraxılış vərəqəsində imtahanın keçirilmə vaxtı və yeri barədə dəqiq məlumat veriləcək;
3) I mərhələdə iştirakçılara 25 sual təqdim olunacaq;
4) Olimpiadanın müddəti 2 saatdır;
5) Olimpiadanın nəticələri www.kainat.edu.az , www.facemark.az portallarında və Kainat Tədris Mərkəzinin Facebook səhifəsində açıqlanacaq, həmçinin iştirakçıların e-mail ünvanına göndəriləcək;
6) Olimpiadanın nəticələrinə görə ən yüksək nəticə göstərən 100 nəfər növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.
Bütün iştirakçılara uğurlar arzulayırıq!
P.S. Olimpiadaya qeydiyyat internet vasitəsilə onlayn olaraq www.facemark.az/mentiq linki vasitəsi ilə aparılır.