Çərşənbə axşamı “Google”? “YouTube”da yeni funksiyanı buraxıb. İndi blogger və reklamverənlər artırılmış reallıq (AR) və 3D-nin köməyi ilə tamaşaçılar və potensial müştərilər ilə qarşılıqlı təsir edə biləcək.


Facemark.az-ın xəbərinə görə, bu haqda şirkətin rəsmi bloqunda bildirilib.


Bildirilir ki, bir çoxları alışdan öncə, yeni məhsulu seçmək üçün “YouTube”a baş çəkirlər. Markalar məhsullarının tanıtımı üçün bloggerlər ilə uzun və sıx əməkdaşlıq edirlər. İndi onlar daha fərdiləşdirilmiş olacaq və AR vasitəsilə təqdim ediləcək.


Videohostinq kosmetika firması MAC ilə AR Beauty Try-On kampaniyasını reallaşdırmağa başlayıb. “YouTube”un yeni xidməti makiyajı test etməyinizə kömək olur.



Maşın öyrənmə və AR texnologiyası ilə məhsulu daha real formata təqdim etməyə və müxtəlif dəri tipləri ilə qarşılıqlı təsir etməyə yardım edəcək.


AR Beauty Try-On-un Alfa-versiyası FameBit vasitəsilə “Google”un şəxsi məzmun platforması “YouTube”da əlçatandır. İlin əvvəlində “YouTube” bu funksiyanı test etmişdi və bildirmişdi ki, 30% tamaşaçı iOS tətbiqləri üçün AR-dən istifadə edib. Onlar 80 saniyə içində dodaq boyasını test edə bilirdilər.


Daha bir yenilik isə - Swirl-dir. Yenilik bu və digər məhsulun üçölçülü təsvirini təqdim etməyə kömək olur. Swirl yalnız Display və Video 360 ilə əlçatandır.


AR videolara isə aşağıdakı xəbərdən baxa bilərsiniz.