facemark.az-da bir neçə müsahiblə aşağıdakı suallara cavab əsasında müsahibə hazırlamışıq. Bu dəfəki müsahibəmizin qonağı ForHome, Mutfakçı və Belissa mağazalar şəbəkəsinin sahibi, iqtisad üzrə fəlsəfə doktoru İlkin Manafovdur. Həmin müsahibəni təqdim edirik.
1.Təsisçi və CEO – şirkəti kim idarə etməlidir?
Burada idarəetmə dedikdə nəyin nəzərdə tutulduğu çox vacibdir. Çox nadir hallarda biznes quran adam - sahibkar, operativ idarəetmədə effektiv ola bilir. Biznes bir nəfərin işi deyil və mütləq komanda formasında işləmək lazımdır. Komandada rollar olur: düşünürəm ki, təsisçi və icraçı direktor ayrı-ayrılıqda rollardır. Hər ikisinə şirkətin ehtiyacı var. Başqa sözlə desək, mükəmməl biznes üçün hər ikisi vacibdir.
2. Təsisçi CEO təyin edibsə, onun işinə müdaxilə hansı səviyyədə olmalıdır?
Təsisçi icraçı direktorla funksiyaları paylaşmalıdır. Eyni işi iki adam niyə görsün ki? Bu suallın cavabı, fərdidir. Təsisçidən və icraçı direktordan asılıdır.
3. Çox vaxt sahibkarlar tərəfindən belə bir fikir səslənir ki, heç kim məni kimi can yandırmayacaq. “Can yandıran” ümumiyyətlə kimdir, necə biri olmalıdır? Elə bir gözlənti olması nə dərəcədə düzgündür?
Əlbəttə, heç bir dayə doğma ana ola bilməz və ya ana südünü heç bir süni qida əvəz edə bilməz. Amma daha əvvəldə dediyimiz kimi, biznes daha çox marafondur, burada uzunmüddət yorulmadan qaçmaq lazımdır. Bunun üçün sahibkar tək ola bilsin ki, icraçı direktordan daha yaxşı qaça bilər, amma uzunmmüddətli biznes üçün hər ikisi lazımdır. Unutmaq olmaz ki, icraçı direktor heç vaxt sahibkar qədər biznesi sevə bilməz. Bununla barışmaq lazımdır.
4. Təsisçi CEO-ya tam səlahiyyət verməkdən niyə qorxur? Qorxmalıdırmı?
Şəxsən mənim biznesimdə həm Mutfakçı, həm ForHome və ya istehsal zonasının hər birində icraçı direktorlar var. Mən onlara maksimum səlahiyyət vermişəm və mənə elə gəlir ki, onlar sərbəstdir. Ən qorxulu şey, səlahiyyətləri öz əlində cəmləşdirməkdir. Məncə sahibkar ən çox ondan qorxmalıdır.
5. Təsisçi CEO-luq etsin, etməsin?
Mən özümdən bəri baxa bilərəm. Məsləhət vermək çox çətindir. Mənim özüm, operativ işlərdə, operativ idarəetmədə zəifəm. Hansı işi özüm edirəm - pis alınır!) bu məndə belədir. Başqalarını bilmirəm.