The Wall Street Journal (WSJ) nəşri yazıb ki, Rusiyanın keçmiş energetika nazirinin oğlu Vitaliy Yusifov Silikon Vadisində daha əvvəl TIME korporasiyasına aid olan ofis kompleksini alıb.


Facemark.az xəbər verir ki, bildirilir ki, ofis binasını biznesmenə satan isə Deutsche Bank olub.



Bina isə 1950-ci illərin birinci yarısında tikilib. Ora daha əvvəl TIME korporasiyasına aid olan Sunset Magazine-in ofisi olub. Qeyd edilir ki, bina Deutsche Bankın risklər üzrə komitəsinin xəbərdarlığına zidd olaraq satılıb. Belə ki, rəhbərlərin bir qismi ABŞ-a “Rusiya pulunun” daxil olmasının gətirəcəyi narahatlıqla bağlı öz narazlıqlarını ifadə ediblər.


Buna baxmayaraq tərəflər arasında alış ilə bağlı rəsmi razılıq əldə edilib. Çünki nə Vitali nə də onun atası ABŞ sanksiya siyahısına daxil deyillər. Bildirilir ki, rəsmi alış ilə bağlı təklif verən şirkət isə Vitali Yusifova məxsus olan Willow Project LLC şirkəti olub. Alışın qiymətinin isə 72 milyon dollar olduğu bildirilib.