facemark.az noyabrın 8-də baş tutacaq Biznes İdarəçiliyi Forumu (BİF) ərəfəsində Forumun baş sponsoru “Rabitəbank”ın satış sahəsi üzrə İdarə Heyəti Sədrinin Müavini Orhan Gültekin ilə müsahibəsini təqdim edir.
- “Hootsuite Global Digital 2019”un hesabatına görə, dünyada internet istifadəçilərinin sayı 4,4 milyard nəfərdən ibarətdir. Bu isə onu göstərir ki, dünya pik həddə dijitallaşıb. Sualımız isə belə olacaq, bu gün hansı alternativ satış kanalları yaranıb?
Ümumiyyətlə bu gün, ən effektiv satış kanalı, rəqəmsal platformaları üzərindən aparılan satışdır. İstənilən müəssisə üçün effektiv olmaqla yanaşı ən sərfəli platformada məhz budur. Əgər öncədən bu ancaq facebook üzərindən aparılırdısa, indi bir çox buna bənzər sosial şəbəkələr də mövcuddur ki, bu da daha rəngarəng və böyük kütləyə yönəlməkdə yardımcı olur. Bu gün bizim alternativ satış kanallarımız sosial şəbəkələrlə yanaşı, istər bankımızın istərsə də əməkdaşlıq etdiyimiz bir çox oxunan saytlar üzərindən və RabitabankBot (Çatbotlar) üzərindən həyata keçirilir.
- Orhan bəy, biznesdə necə uğur qazanmaq olar, bunun bir formulu var mı?
Fikirimcə, biznesdə uğur qazanmağin tək formulu var demək düzgün olmaz. Amma bir necə məqamlar var ki, bunlara diqqət edildikdə uğurlu nəticə əldə etmək daha asan ola bilər. Bunlar;
- Real hədəflər qoymaq;
- Planlı olmaq və vaxtt-dan düzgün istifadə etmək;
- İnnovativ olmaq və bazardakı ehtiyacı düzgün təhlil etmək;
- Dəyişən şərtlərə tez uyğunlaşmaq bacarığı;
- Stress və qeyri-müəyyənliyi idarə etmə bacarığı;
- Buraxılmış səhvlərdən nəticə çıxartma bacarığı.
- Orhan bəy, “Rabitəbank” cari ili necə başa vurur?
“Rabitəbank” olaraq 2019-cu il bizim üçün uğurlu bir il oldu. Biznes sahəsində kreditləşməni artırdıq. Biznes və İstehlak kreditləri sahəsində bazara bir neçə yeni məhsul çıxartdıq. Hazırda kredit portfelimiz 375 milyon manatı keçib. Sahibkarlığın İnkişafı Fondu, AKİA, Kənd Təsərrüfati Nazirliyi və Dünya Bankı, A.R. İpoteka və Zəmanət Fondu ilə əməkdaşlıq edərək iqtisadiyyatın müxtəlif sahələrini maliyyələşdirdik. Digər tərəfdən İnternet və Mobil Bank tətbiqlərimizi gücləndirdik. Rabitəbank Bot xidmətimiz ilə rəqəmsal bankçılıq sahəsində bazarda seçildik.
- 2020-ci il üçün müştərilərinizə nə sözü verirsiniz?
2020-ci ildə istehsalçı və ixracatçı müştərilərimizi dəstəkləməyə, ölkə iqtisadiyyatına töhfələr verəcək şirkətləri maliyyələşdırməyə davam edəcəyik. Nağdsız ödənişlərin dövriyyəsinin artırılması məqsədi ilə plastik kart biznesimizi genişləndirəcəyik. Eyni zamanda, rəqəmsal bank işi üzrə investisiyalarımızı artıracağıq. Bununla yanaşı, müştərilərimizə göstərdiyimiz xidmətin keyfiyyətini ən yüksək səviyəyə çatdırmaq prioritetlərimiz olacaq.
- Yeni ildə hansı istiqamətlər üzrə reklam kampaniyaları təşkil edəcəksiniz? Reklam çəkilişləri gözlənilirmi?
Yeni ildə reklam kampaniyalarımız artaraq davam edəcək. Əsas reklam fokuslarımız biznes kreditləri, istehlak kreditləri, rəqamsallaşma və kart məhsulları üzrə olacaq.
- Artıq ikinci ildir ki, “Rabitəbank” “Biznes İdarəçiliyi Forum”una (BİF) baş sponsor qismində çıxış edir. 2018-ci ildəki forumla bağlı təəssüratınız və 2019-cu ildən gözləntiniz nədir?
Hamımız fərqli şirkət mədəniyyəti və fərqli strategiyalarla işləyirik, ancaq hamımız biznesimizi ən mükəmməl şəkildə idarə edib, davamlı inkişaf və uğur əldə etmək istəyirik. Bu cür biznes forumların fərqli şirkət mədəniyyətində yetişmiş və uğur qazanmış insanların birləşərək öz təcrübələrini bölüşməsi üçün əhəmiyyətli bir fürsət olduğunu düşünürəm. 2018-ci ildə keçirilən forum cox uğurlu alındı. 2019-cu ildə keçiriləcək forumunda maraqlı və uğurlu olacağına inanıram.
Müsahibə üçün təşəkkürlər