facemark.az sosial mediada linç edilmək ilə bağlı Brandmaker Fərid Məhərrəmlidən rəy alıb.
Fərid bəy, sosial mediada linç edilmək nədir və bu nədən qaynaqlanır?
Marketinq öz-özlüyündə kültürəl və psixolojik bir anlayışdır ki, bu gün dünyada bu səbəbdən də neromarketinq sahəsi ciddi olaraq inkişaf edir. Bu kültürəl və psixoloji məsələ ona gətirib çıxarır ki, şəxslər və markalar öz stratetgiyasını və əlaqəsini quranda bunları ciddi şəkildə göz önünüdə saxlayır.
Xüsusən bizim kimi cəmiyyətlər dünyada sektant cəmiyyət adlandırılır. Yəni, keçmiş adət-ənənə və dəyəri möhkəm olan, ona sadiq yaşayan cəmiyyət tipidir ki, bu gün sosial mediada bir çox insanlarla tənqidi çıxışlar etdiyi zaman haqlı və haqsız olmasından aslı olmayaraq ciddi bir kütlə tərəfindən təpki ilə qarşılanır ki, bu da normaldır.
Çünki bizim cəmiyyət sektant olduğuna görə Din, milliyət, allah, şəhidlik, vətən, ana və s. kimi mövzular onlar üçün tənqidə və müzakirəyə açıq deyil, lakin burda digər incə məsələ kommunikasiya üslubunun seçilməsidir ki, əgər siz cəmiyyətin sektant hesab etdiyi hər-hansısa məsələyə fikir bildirmək istəyirsinizsə, o zaman doğru kommunikasiya və yazı üslubunu seçməlisiniz ki, əksər vaxtlarda sosial mediada yazılan bir çox fikir və rəylər rassional deyil, emosional qərarlar əsasında yazılır və ya səsləndirilir ki, nəticədə düzgün qurulmayan kommunikasiya baş verir.
Sosial media istifadəçiləri belə bir situasiya ilə qarşılaşmamaq, qısası linç olunmamaq üçün nə etməlidirlər?
Sosial mediada düzgün qurulmayan kommunikasiyanın ən böyük zərbəsi həmin şəxsin reputasiyasına ciddi təsir göstərir. Şəxsi imicin yenidən bərpası və linç edən insanları qarşısından yenidən yüksəlmək çox zaman mümkünsüzə çevrilir. Ona görə də bu tip linç olmadan qaçmaq üçün bir fikri yazanda və ya səsləndirəndə çox ciddi araşdırıb dəyərləndirib etməliyik. Bu tip nifrət və aqressiyadan uzaq qalmaq üçün öncə kütlənin ortalama baxış bucağını nəzərə almalı və sonra rassional dil üslubunu seçməliyik ki, effektiv bir həll yolu tapaq.