Azərbaycanın yerli bankı“Rabitəbank” özünün müştərilərini nağdsız ödənişlərə keçid üçün çağırış edib. Müştərilərini nağdsız alışa stimullaşdıran Bank bu mesajını insanlara çatdırmaq üçün isə məhz nağd puldan istifadə edib.


Bankın mesajı isə belə olub: “Sağlamlığımız hər şeydən önəmlidir. Biz də özümüzü qorumalıyıq! Odur ki, sağlamlığımız üçün Rabitəbank kartları ilə nağdsız ödəməyə keçmək vaxtıdır. Özünüzü qoruyun və təmassız ödəniş edin!”.


Facemark.az-ın məlumatına görə, “Endorphin” reklam agentliyinin aprelin 21-də ərsəyə gətirdiyi rəqəmsal reklamı qonşu ölkələrin, Gürcüstan, Rusiyanın, eləcə də xarici mətbuatda, o cümlədən sosial şəbəkələrdə paylaşıblar.


“Endorphin” reklam agentliyinin rəhbəri Orxan Kərimov isə facemark.az-a açıqlamasında deyib ki, “Pul tez-tez əl dəyişir, ona görə də onun üzərində bir çox bakteriya və virusun olması qaçılmazdır. Ümümdünya Səhiyyə Təşkilatı (ÜST), eləcə də bir çox Səhiyyə Təşkilatlarının tövsiyələrindən biri də odur ki, alış-veriş edən zaman əskinasın əvəzinə kartlardan istifadə etsinlər. İnsanlara tövsiyə edirik ki, əskinaslara toxunduqdan sonra əllərini yusunlar və əllərini üzlərinə toxundurmasınlar”.


Rusiya, Sostav.ru, https://www.facebook.com/Sostav.ru/posts/3139081606104128


Gürcüstan, Marketing.ge https://www.facebook.com/marketing.ge/posts/1707099666099063


Amerika, Adsoftheworld, https://www.adsoftheworld.com/media/digital/rabitabank_cashless?


Qeyd edək ki, bir çox ölkədə olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyasının yayılması, nağdsız alışlar məsələsini bir daha aktuallaşdırmışdı.


Müştəri: Rabitəbank


Reklam agentliyi: Endorphin