DəmirBank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Müqəddəs Ramazan Bayramı münasibəti ilə Şimşək ölkədaxili təcili pul köçürmə sistemi üzrə köçürmə edən müştərilərdən komissiya haqqı tutmayacaq. Bu aksiya 13-17 avqust 2012-ci il müddətini əhatə edəcək.


DəmirBank-ın Şimşək sistemi vasitəsi ilə 7 dəqiqə ərzində ölkə daxilində pul vəsaitini köçürmək və ya almaq mümkündür. Köçürmələr manat, ABŞ dolları və ya avro ilə aparıla bilər. 


Hazırda DəmirBank-ın 31 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad İmişli şəhərlərində yerləşir.


DəmirBank həmçinin əhaliyə 200-dək ölkə üzrə beynəlxalq pul köçürmə xidmətlərini təklif edir. Bank Western Union, Bıstraya Poçta, Contact, Zolotaya Korona, Migom, Coinstar, Blizko, UPT, Lider, PrivatMoney sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. 


DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur. 


Bankın təcili pul köçürmə xidmətləri barədə Bankın www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.