Skytrax Nədir?
İnternet üzərindən anketlər ilə ən yaxşı hava yollarının seçildiyi saytdır. Skytrax siyahını 105 fərqli ölkədən, 19,87 milyon sərnişinin dəyərləndirməsinə görə hazırlayır. 325-dən çox hava yolu şirkətlərini əhatə edən sorğu, təyyarəyə daxil olmaq prosedurundan tutmuş, xidmətin keyfiyyətinə qədər 49 xüsusiyyəti dəyərləndirir. Müşahidəyə, əsasən siyahıda Asiyanın hava yolu şirkətləri daha çoxdur.
Ən yaxşı 30 hava yolu şirkətləri və aldığı mükafatlar
1. Qatar Airways
İstehlakçı-hava yolu veb saytı Skytrax-a görə, demək olar ki, hər il dünyanın ən yaxşı hava yolu şirkəti olmağı bacarır. Dünyanın ən yaxşı business class və business class oturacaq mükafatına sahibdir.
2. Singapore Airlines
Singapore Airlines, dünyanın ən yaxşı kabin komandası, Asiyadakı ən yaxşı hava yolu, dünyanın ən yaxşı birinci sinifi, dünyanın ən yaxşı birinci sinif oturacaq mükafatına malikdir.
3. ANA All Nippon Airways
ANA All Nippon Airways, dünyanın ən yaxşı hava yolu xidmətləri, dünyanın və Asiyadakı ən yaxşı business class və Yaponiyadakı ən yaxşı hava yolu heyəti mükafatını qazanıb.
4. Cathay Pacific Airways
Cathay Pacific, texnologiya və təhlükəsizlik məsələsində yüksək balı var.
5. Emirates
Firma səyahətlərdən sonra təşkil etdiyi fəaliyyətlər ilə əyləncəli təyyarə mükafatını qazanmışdı.
6. EVA Air
Göyərtədəki komanda, kabin içində gigiyenik təmizlikdən dolayı təmiz təyyarə müküfatını alıb. Bundan başqa, xidmətdəki qüsursuzluğa görə mükafatlara da layiq görülüb.
7. Hainan Airlines
Firma təyyarə daxilində və xaricində müştərilərə təklif etdiyi xidmətlər ilə müküfatlar alıb.
8. Qantas Airways
Oturacaq rahatlığı və business class xüsusiyyətləri ilə ən yaxşı 30 firma arasındadır.
9. Lufthansa
Avropanın uzun illərdir ki, sevilən bir hava yolu şirkətidir.
10. Thai Airways
Asiya və ətrafında ən yaxşı spa təchizatına malik olduğundan, dünya səviyyəsində tanınır.
11. Japan Airlines
Firmanın business class oturacaqları bir çoxundan daha yaxşıdır. Bundan dolayı da mükafat belə alıb.
12. Garuda Indonesia
İndoneziyanın hava yolu şirkəti çalışan və personal baxımından mükafat alıb.
13. Swiss International Air Lines
Firma təyyarə içində salonların bənzərsiz olmasından dolayı mükafat alıb.
14. China Southern Airlines
Böyük bir şirkət olduğundan ən yaxşıları arasındadır.
15. Austrian Airlines
Birinci sinif, oturacaq tutumu və Avropa üzərindəki bir çox şirkətdə olmayan kabin təmizliyindən mükafat alıb.
16. Air New Zealand
Avstraliya Sakit okean ətrafında bir çox hava yolu şirkətinə görə, daha çox təklifinə görə mükafat alıb.
17. Bangkok Airways
Hava yolu şirkəti regionun ən yaxşısı olduğu üçün vacib firmalar arasında yer alır.
18. KLM Hollandiya Kraliyyət Hava Yolları
Olduqca keçmiş dövrlərdə qurulan müəssisədir, buna görə də ən çox üstünlük verilənlərin arasındadır.
19. British Airways
Avropada personal baxımından ən yaxşıları arasındadır.
20. AirAsia
Tarifləri daha münasib olduğuna görə, üstünlük verilir.
21. Asiana
Cənubi Koreyanın Asiana şirkəti kabin komandası, təmizlik, business class məhsullarına görə, Skytrax-dan yüksək nəticələr alıb.
22. Air France
Air France-ın xidmət və keyfiyyəti birinci sinif olmağa davam edir.
23. Virgin Avustralya
Sakit okean regionunda ən yaxşısı olmağı bacarıb. Personal baxımından da mükafat qazanıb.
24. Türk Hava Yolları
Çeşidli imkanlarından dolayı bir çox mükafat alıb. İstirahət təchizatı, yemək otaqları, təyyarə içində komfortdan dolayı ən çox üstünlük verilənlər arasındadır.
25. Etihad Hava yolları
Firma oturacaqlara qulluq və təklif etdiyi xidmətlər ilə bu sektorda olduqca inkişaf edib. Rahatlığı birinci planda tutanların seçimidir.
26. Umman Hava
Oman Air, turizm dəstəkçisi olduğundan dolayı Mükəmməllik Mükafatı alıb.
27. Aeroflot
Aeroflot-a, Avropa-nın ən yaxşı oturacaq rahatlığı mükafatı verilib.
28. Air Canada
Şimali Amerikadakı ən yaxşı hava yolu şirkəti seçilib. Həmçinin ən yaxşı business class lounge yemək mükafatı da var.
29. Amerikan Hava yolları
Ən sürətlə böyüyən hava yolu və Şimali Amerikanın ən yaxşı hava yolu mükafatını qazanıb.
30. Birləşmiş Hava yolları
United, ən yaxşı hava yolu şirkəti sorğusunda yüksək bal alıb.