İsveçrə İdarəetmə İnkişaf İnstitutu (IMD) illik reytinqi yeniləyərək, dünyada iş və biznes üçün ən yaxşı ölkələrin adını açıqlayıb.


Facemark.az -ın məlumatına görə, bu haqda təşkilatın özünün saytında məlumat verilib.


Reytinqə liderliyi isə Sinqapur tutub. Birinci yer ötən ildə olduğu kimi bu il də dəyişilməyib. Həmçinin TOP 5-liyə Danimarka, İsveçrə, Niderland, Honk-Konq (Çində xüsusi inzibati ərazi) daxil olmağı bacarıb. İlk üçlükdə olanlar isə keçən illə müqayisədə reytinqdə pozisiyalarını daha da yaxşılaşdırıblar. İlk onluğa İsveç, Norveç, Kanada, BƏƏ, ABŞ da daxil olub. Çin reytinqdə 20-ci sırada qərarlaşıb. Ötən ilki reytinqdə TOP 3-ə daxil olan ABŞ bu dəfə reytinqdə 14 pillə geriləyib, buna görə Çinlə oxşarlıq təşkil edir.


14-cü yerdə Lüksemburq qərarlaşıb. Güzəştli vergi sistemindən dolayı, şirkətlər tez-tez bu ölkəyə müraciət edirlər. 17-ci yerdə Almaniya, 19-cu yerdə Böyük Britaniya tutub. Sonuncusu yanvarın 31-də Avropa İttifaqından çıxmasına baxmayaraq pozisiyasını möhkəmləndirə bilib. Rusiya reytinqdə 50-ci yer ilə Qazaxıstana uduzub (55-ci yer), acaq Ukraynanı (55-ci yer) isə ötüb. Reytinqdə sonuncu 63-cü yeri isə Venesuela tutub.


Reytinqin müəllifləri 4 əsas göstəriciyə diqqət ediblər. İqtisadiyyatın vəziyyəti, hökumətin səmərəliliyi, biznesin səmərəliliyi və infrastrukturun vəziyyəti. Onlar yerli və beynəlxalq statistikalardan istiafdə ediblər, eyni zamanda müxtəlif ölkələrdə şirkətlərin rəhbərləri ilə görüşüblər.


Tədqiqatın çox hissəsi koronavirus pandemiyasından öncə aparılıb. Lakin müəlliflərin hesabatına görə, reytinqdə olan ölkələr infeksiyaya qarşı mübarizədə çeviklik və effektvlik nümayiş etdiriblər.