31 Avqust 1997-ci ildə Diana, Dodi Al-Feyed və sürücü Anri Polun da olduğu avtomobil qəzasında vəfat edib. Al-Feyed və Pol hadisə yerində dərhal ölürlər. Diana isə hadisə yerindən alınır (Seine- Sena sahilindəki Alma körpüsünün qarşısındakı tuneldə) və onu Salpetrier xəstəxanasına çatdırırlar, iki saatdan sonra isə vəfat edir.
Şahzadə və Dodi Al-Feyed
Qəzanın səbəbi ilə bağlı isə bir çox versiyalar mövcuddur, sürücünün alkoqoldan zəhərlənməsi, sürəti artıraraq paparazzilərdən qaçmaq ehtiyacı, o cümlədən çeşidli sui-qəsd nəzəriyyələri daxildir. Hadisələrin şahidi olan, ağır xəsarət alan “688 LTV 75”nömrəli “Mercedes S280”in sürücüsü, Şahzadənin cangüdəni Trevor Ris Cons isə heç nə xatırlamır. Cərrahlar onun üzünü yenidən bərpa etmək məcburiyyətində qaldılar.
Şahzadə Diananın cangüdəninin üzü fotoların köməyi ilə yenidən bərpa edildi
Şahzadə Diananın cangüdəni, 23 il əvvəl Parisdə baş verə qəzada kəllə sümüyü qırılan, Trevor Ris Cons üzünü köhnə fotoların köməyi ilə bərpa edib. Trevor Ris-Cons 1997-ci ilin 31 Avqustunda, ParisinPont de l’Ama tunelində baş verən avtomobil qəzasında sağ qalan yeganə şəxs idi. Cangüdən o ölümcül gecədə qara Mercedes-in ön oturacağında otururdu.
Köhnə desant ölümcül qəzadan sağ qaldı, ancaq onun üzü tamamilə məhv olmuşdu, çənəsi, burnu, göz yuvası qırılmışdı. Cərrah Luk Çihani 2000-ci ildəki açıqlamasında cangüdənin üzünü necə bərpa etdiyindən danışırdı və deyirdi ki, o ömründə birinci dəfə idi ki, sağ qalan bir insanda bu qədər qırıq görürdü. O, deyirdi ki, onun sağ qalmasına ümid var idi, ancaq üzü tamamilə qırılmışdı.
“Üz tamamilə düzəldildi, onu bərpa etmək lazım idi. Buna görə də ona göz çuxuru, burun, çənə yaratmalı olduq”, - deyə Luk xatırlayır.
Ris-Cons 11 saat ərzində əməliyyat masasında qaldı, onun üzünə 30 metal vint əlavə edildi. Cərrah isə deyirdi ki, “Mən çox çalışdım ki, əvvəlki kimi görünsün. Ancaq mən Allah deyiləm, ancaq Allah onu qəzadan əvvəlki vəziyyətə gətirə bilərdi”, - dedi. Qəzadan sonra cüngüdənin sümükləri düzəldilib və çıxarılıb. Kəlləsinin arxasında olan bir sümükdən ona yanaq sümüklərini bərpa etmək üçün istifadə edib.