Z nəslinin iş həyatına qədəm qoyması ilə iş modelləri və məkan ehtiyacları yeni forma almaqdadır. Araşdırmalar millennium nəslin 71%-nin 2030-cu ildə fiziki ofisə ehtiyac hiss etməyəcəklərini deyir.


Yeni nəsil texnologiyaları ilə sürətlə artan dijitallaşma professional iş həyatını dinamik bir məcraya yönləndirdi. Millennium nəsli COVID-19 zamanı haqqında çox danışılan məsafəli və hibrit çalışma modelinə üstünlük veriblər. Harvard Business School-un NASA, Akamai kimi şirkətlərdə apardığı araşdırma da uzaqdan çalışmanın 4,4% daha məhsuldar olduğunu göstərir.


Olmadık Ofis-in məlumatına görə, gənc nəslin iş dinamikasına paralel olaraq məkan ehtiyacları da dəyişir.


Millennium nəslin 71%-i 2030-cu ildə fiziki ofis ehtiyacının ortadan qalxmasına inanır. Hazırda ofisdə çalışanların 63%-i isə bu mövzuda millennium nəsil ilə həmfikirdir.


Millenniumlar lüks səmtlər əvəzinə, gözdən kənar yerlərə üstünlük verir


Bu gün ən vəzifəli millennium nəsli üzvləri 25 yaşına çatdığını xatırladan Olmadık Ofis-in qurucusu A.Seçkin Canan deyib ki, “Bu gün nəticəyə fokuslanması ilə öncəki nəsillərdən fərqlənən millenniumlar, sadə və funksional çalışma modellərinə üstünlük verir.


Hibrit çalışma modeli ilə virtual ofis və hazır ofis xidmətləri təklif edən ofislərə ehtiyacın artacağını və yaxın gələcəkdə plazaların yerini butik ofislərin alacağını proqnozlaşdırırıq. Bu nəsil Levent, Maslak kimi lüks ofislərdə çalışmağın əvəzinə Balat, Fener, Karaköy kimi səmtlərdə çalışmaqdan ilham alır və xoşbəxt olurlar”.


Virtual və hazır ofislər ABŞ-da 5 milyard dollar qənaət yaratdı


PGI-nin hazır ofis kirayə qiymətləri ilə bağlı Amerikada apardığı araşdırmaya görə, fiziki ofislərin işverənlərə xərci aylıq 10 000 dollardan başlayır. Yarı zamanlı, virtual ofisdə çalışmaq, təkcə 2018-ci ildə ABŞ-a 5 milyard dollar qənaət yaradıb. Türkiyədə isə oxşar bir mənzərə xüsusilə İstanbul kimi böyük şəhərlərdə ofis olaraq kirayələnən plazalarda müşahidə edilir. Ödənən yüksək məbləğə rəğmən, məhsuldarlıq, əlçatanlıq, rutin ofis məsuliyəti kimi məsələlərdə gözləntilərini qarşılamayan gənc nəslin işverənləri plazalar yerinə, hazır və virtual ofislərə üstünlük verir.