Totem Reklam Agentliyi İdeal parfüm və mağazalar şəbəkəsinə Ramazan kampaniyası üçün kreativ konsept hazırlayıb.
Agentliyin kreativ komandası belə bir fikrə gəlib ki, Ramazan 11 ayın sultanıdırsa, hər il Ramazanda müştərilərə fərqli fürsətlər verən İdeal niyə bu cür fürsətlərin, kampaniya və endirimlərin sultanı titulu daşımasın? 
Bundan öncəki Ramazan ayı kampaniyalarında fəqli faizlərdə endirim verən şirkət, bu il özünün və müştərilərinin ən sevimli kampaniyası olan 1+1 kampaniyasını etmək qərarına gəlib. Bu səbəbdən də kampaniya sloqanı kimi "11 ayın sultanı Ramazan, 1+1 sultanı İdeal" sloqanı seçilib.
Nəticədə isə aşağıdakı video və radioçarx, həmçinin poster və vitrin dizaynları ərsəyə gəlib. Kampaniyanın veb-reklamın ən oxunaqlı saytlarda da görmək olar.
 
Sifarişçi: IDEAL
Marketinq Direktor: Rafiq Vəliyev
 
Agentlik: TOTEM
Kreativ Direktor: Orxan Yusifov
Art Direktor: Röyal Paşa
Dizayner: Kamil Dadaşov
Kopirayter: Kənan Yusifov
Səs: PicMus
Video: Nicat Mustafayev
 
Poster
 
Timeline Cover Photo and fb profile 
 
 
TV qrafik çarx
 

"1+1 sultanı İdeal" from Hunaltay on Vimeo.