#onlaynkonfrans #spiker #pandemiya #marketoloq


facemark.az Fil Agency tərəfindən 30 İyun Dünya Sosial Media Gününə özəl olaraq “Sosial Media Reklamları” Konfransını təşkil etdik.


30 İyun “Sosial Media Konfransı” izləyicilərimiz və bu sahənin peşəkarları tərəfindən maraqla qarşılanmış və xeyli izləyici kütləsi toplamışdı. Bu maraq və ehtiyacı nəzərə alaraq 30 İyun “Sosial Media Konfransı”nın davamı olaraq “Sosial Media Reklamları”Konfransını təşkil etməyə qərara gəldik.


Onlayn konfransımız YENİ VAXT-la 15 İyul saat 21:00-da facebook və youtube kanallarımızda Canlı Yayımlanacaq. Konfransda ölkənin aparıcı şirkətlərində çalışan ümumilikdə 9 nəfər yerli mütəxəssisin təqdimatını izləmək şansınız olacaq.


Yeni iş həftəsindən spikerlərimizin adlarını açıqlamağa başlamışıq. Konfrans haqqında yeni məlumat və yeni spikerlərdən xəbərdar olmaq üçün facemark.az-ın sosial platformalarını izləmədə qalın.


Gəlin, karantin günlərini daha səmərəli keçirək!