Hamınızı “Karneqi klubunda” salamlayırıq! Klubumuz mükəmməlliyə meylli hər kəs üçün açıqdır. Bu mükəmməllik hər şeyə aiddir – şəxsi həyata, karyeraya, ətrafdakılarla qarşılıqlı ünsiyyətə və s. Klubumuz xoşbəxt olmaq istəyənlər və ətrafdakıları xoşbəxt etmək istəyənlər üçündür. Öz üzərində işləyən, inkişaf etmək istəyən, istedadlarını üzə çıxarmaq istəyənlər üçündür. 
Burada yadıma məşur bir məsəl düşdü:
“Günlərin bir günü toyuq hininə toyuq yumurtalarının yanına bir qartal yumurtası düşür. Bir müddətdən cücələr yumurtalardan cıxırlar. Cücələrin arasında qartal balasıda “ana”sı toyuğun yanında gəzişir. Günlərin bir günü qartal bala göydə uçan qartalı görür. Və “ana”sına : “Ana bu kimdir deyə soruşur”. Anası isə ona əsəbi halda: “Bu qartaldir”-deyir. Bəs o niyə uçur. “Ana”sı: “Onlar göylərin şahıdır” - deyir. Qartal balası: “Məndə onlara oxşamaq istəyirəm” - deyir. “Ana”sı hirsli halda : “Başını aşağı sal, dənini dənlə, biz hara qartal hara?! Gic gic şeylərlə beynini doldurma!” Və beləcə qartala balası başını aşağı salıb ömrünün sonuna kimi toyuq balası kimi yaşayır”. 


 


 


"Xarizmatik Natiq" Treninqi


Bu treninq nəticəsində bir neçə nəticələr gözlənilir. Kollektiv işçilərinin şəxsi inkişafı və daha kreativ olması, mikroiqlimin (kollektiv daxili münasibətlərin) sağlamlaşması və müsbətləşməsi, müştərilərlə münasibətin yaxşılaşması, gəlirin artmasına təsir və nəticə etibarı ilə müəssisənin daha yüksək pilləyə yüksəlməsinə gətirib çıxardır. 


Həmçinin treninq auditoriya qarşısında çıxış qorxusunu aradan qaldırmağı nəzərdə tutur. Bu treninq nəticəsində dinləyicilərin diqqətini saxlayaraq dinamik (energetik) şəkildə jest, intonasiya və göz kontaktından fəal və yerində istifadə edərək, demək olar hər mövzuda çıxışlar qurmaq bacarağına yiyələnəcəklər. 


   Hədəflərimiz
Çıxışlar zamanı qorxu, özünə bağlılığı aradan qaldırmaq 
• Çıxışın uğurlu alınması üçün lazım olan əsas parametrlər haqqında dəqiq məlumat vermək
• Təlim bitdikdən sonra gündəlik həyatda da inkişaf etməyə imkan verən, öz biliyini artırma mexanizmini işə salmaq.

    Planlaşdırılan nəticələr
• Çıxış zamanı (və ya müştəri alıcılarla münasibətdə) yüngüllük, özünə əminlik, rahatlıq ve sakitlik hissi
• Necə durmaq, jestlərdən istifadə etmək, zala baxmaq, səs aparatını hazırlamaq, auditoriyada hərəkət etmək, dinləyiciləri həvəsləndirmək, zaldan verilən suallara cavab vermək barədə bilgilər
• Əsas mənfi cəhətlər (parazit sözlər və jestlər, monotonluq, dinləyicinin diqqətini cəlb edə bilməmək və s.) üzrə işin aparılması 
• Həm auditoriya, həm də potensial alıcılarla nəzakətli münasibətin qurulması, açıq çıxışlar vaxtı (müştərilərlə / alıcılarla kommunikasiyalar vaxtı) yüngüllük, əminlik, rahatlıq, sakitlik halında olmaq


   Korporativ Treninqlər zamanı gözlənilən nəticələr


  •   Kollektiv işçilərinin şəxsi inkişafı və daha kreativ olması
  •   Kollektiv daxili münasibətlərin sağlamlaşması və müsbətləşməsi
  •  Müştərilərlə münasibətin yaxşılaşması və inkişafı
  •  Gəlirin artmasına təsir və nəticə etibarı ilə müəssisənin daha yüksək pilləyə yüksəlməsinə gətirib çıxardır
  •  

                                             Treninqin keçirilmə forması


Formatına görə maksimal əlverişli treninq: 
• 90% – təcrübə: iştirakçılar bütün qrup önündə, cütlük, üçlük və ya kiçik qruplara bölünüb çıxış edərək bacarıqlarını formalaşdırırlar. 
• 10% – nəzəriyyə: bacarıqların nümayişi, nəticələrin müzakirəsi, suallara cavablar. 

Yalnız ən yaxşı tapşırıqlar! 
• Seminarın 40%-i bəlağət, aktyorluq, natiqlik və səs-nitq treninqlərində istifadə olunan maraqlı tapşırıqlar kolleksiyasından ibarətdir.
• Seminarın 20%-i praktiki psixologiyanın müasir istiqamətlərinin alətlər çeşidindən ibarətdir.
• Qalan 40%-i isə unikal müəllif tapşırıqları və texnikalarıdır.




Treninqin Proqramı


 


Mövzular


Bölmələr


Faydalı məsləhətlər


Nəzəriyyə:
- Bir-birilə qarşılıqlı əlaqə yaratmağın yolları (natiqlik sənətində başqalarını qiymətləndirmə üslubları)
Təcrübə:
- Özünü təqdim etmə və qarşılıqlı əlaqə yaratmaq təcrübəsinə yiyələnmək 
*** Natiqlik bacarıqlarının, treninq boyu və  treninqlər bitəndən sonra da davam edən özünüöyrətmə  mexanizmini işə salırıq.


Nitqin energetikası


Nəzəriyyə:
- Energetika haqqında. Ölçü şkalası. Yüksək və aşağı energetikanın nümayişi və bu səviyyələri yaradan müxtəlif üslubların izahı və təsviri.
Təcrübə:
- Energetikanın müxtəlif səviyyələrində işləmək bacarığı əldə etmək
- Yüksək energetikada işləmək bacarığı əldə etmək (ruhlandırıcı nitq və çağırışlar)
- Yüksək energetikanın köməyi ilə liderliyi ələ alma bacarığını əldə etmək *** Elə bu bölmədə auditoriya qarşısında çıxış qorxusu  üzərində 50% işlənilir.


Nitqin texnikası


Nəzəriyyə:
- Qısa leksiya: Natiqin çıxışı zamanı hansı parametrlərə fikir verilməlidir (ilk 6 parametr).
*** Kursun gedişatı zamanı treninq iştirakçılarında, natiqlik sənətinin özülünü təşkil edən, 10-12 parametrdən ibarət matritsa əmələ gəlir.


Auditoriyada duruş


Nəzəriyyə:
- Natiqin əsas duruşu.
- Əllərin əsas mövqeyi.
Təcrübə:
- Bədənimizlə natiqin əsas duruşunu yadda saxlayırıq.
- Əllərin əsas mövqeyini müxtəlif variantlarda məşq edərək özümüz üçün ən uğurlu duruşu tapırıq.


Söz improvizəsi


 


Nəzəriyyə:
Nümayiş. Rahat və təbii improvizə etməyə imkan verən analiz üsulları
Təcrübə:
- Söz improvizəsi bacarığının məşq edilməsi (2 dəfə) 
- “Axırıncı söz  qaydası improvizəsi” üsulunun məşq edilməsi
- Göz əlaqəsini saxlamaqla improvizə bacarığını məşq etmək


Özünə inam


 


Nəzəriyyə:
Beyin fırtınası: “həyəcanın aradan qaldırılması üçün məşğələ”.
Təcrübə:
Qrupun fitnələrinə baxmayaraq sakitliyi saxlama bacarığının məşq edilməsi


Etirazlarla iş
(çətin suallar)


 


Nəzəriyyə:
-Nümayiş.
Təcrübə:
- Gözlənilməz suallara cavab verərkən, emosional dayanıqlılığı məşq edirik.
- Çətin suallara tez, birbaşa, “simamızı saxlayaraq” cavab vermək bacarığını məşq edirik.


Jestlərlə iş


Nəzəriyyə:
- Jestlərlə iş zamanı nəyə fikir verilməli.
Təcrübə:
 - “Danışan” və “kommunikasiyon” jestlər tapşırığının məşq edilməsi.


Aktyor ustalığı


Təcrübə:
- Müxtəlif rollara girərək  çıxış stilinin rəngarəngliyi (bir neçə rolda çıxış etməyi məşq edirik)
- Aqressiv, yorucu və xarizmatik natiqlərin xüsusiyyətləri üzərində  çıxış etməyi məşq edirik


Səslə iş


Nəzəriyyə:
- Öz səsinin mükəmməl idarə edilməsi üslubları
Təcrübə:
- Üz əzələləri üçün gimnastika. Səs məşğələsi.
Səsə görə kökləmə (telefon danışıqları zamanı)
İntonasiya və emosional imkanların inkişaf etdirilməsinə dair 2-3 məşğələ.


Söz improvizəsi


Nəzəriyyə:
- Nümayiş. Hər şeyin bir-biri ilə əlaqələndirilməsi üçün iki əsas strategiyanın aydınlaşdırılması
Təcrübə:
- İmprovizənin köməyi ilə bir mövzudan natiqə lazım olan digər mövzuya keçid bacarığını məşq edirik.


Göz kontaktı


Nəzəriyyə:
- Göz kontaktı (əlaqəsi):  incəliklər...
Təcrübə:
- Dinləyicilərlə yaxşı göz əlaqəsinin saxlanılması bacarığının məşq edilməsi.