Marketoloqların 94%-i video marketinqi marketinq strategiyalarının əsas elementi hesab edirlər. Buna görə video indi markanızın görünməsi, izləyicilərə çatması və fərqlənməsi üçün çox vacibdir. Təsir yaradan videolar yaratmağa kömək etmək üçün bu məqalədə video marketinqin gələcəyinə nəzər salırıq.
Yeniyetmələrin 85%-dən çoxu, YouTube-da hər-hansısa bir kontekti yarada biləcəyinə inanır, bu da marketoloqların videonun formatından tam istifadə etməsi lazım olduğunu göstərir. Marketoloqlar YouTube kimi video platformaların nəhəng axtarış motorları olduğunu unutmamalıdırlar.
Video kontent, markaların istehlakçıların diqqətini cəlb etdiyi üsuldur və marketoloqlar, istifadəçilərə məhsullarını tapmaq və satın almağa kömək etmək üçün marka mesajlarını videolara inteqrasiya edirlər.
Başlanğıcda YouTube tərəfindən populyarlaşdırılan video marketinq, Facebook, Snapchat, TikTok və Instagram kimi əksər sosial media platformalarında üstünlük təşkil etməyə başladı. Video marketinq, bu platformalarda cəlbedicilik və fərqlənmə üçün müştərilərə dəyər qatır.
Video marketinq getdikcə daha vacib hala gəldiyindən, dəyər verən və bənzərsiz bir cazibədarlığı olan daha ağıllı videolara ehtiyac yaranır. Bite ölçülü, interaktiv, eksperimental və fərdiləşdirilmiş videolar irəliləyiş üçün açıq bir addım kimi görünür. Ölkəmizdə adətən sadəcə əyləncə məqsədi ilə istifadə edilən “TikTok” platformasında marketoloqlar video məzmun ilə təcrübə qazanır.
Beləliklə, video kontentin qlobal səviyyədə gələcəyinin daha da geniş olacağını müşahidə edə bilirik. Bu statistika ölkəmizdə də inkişaf edəcəyinin göstəricisidir.
Müəllif: Fidan Əzizova