Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Apple paylaşdığı dəstək sənədi ilə iPhone 15-in batareya ömrünü yenilədiyini açıqlayıb. Paylaşılan məlumata görə, iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro və iPhone 15 Pro Max batareyaları ideal şəraitdə 1000 tam doldurma dövründə orijinal tutumunun 80 faizini saxlamaq üçün nəzərdə tutulub.


Bu, Apple-ın keçmişdə bütün köhnə iPhone modelləri üçün təyin etdiyi 500 şarj dövründən iki dəfə olacağı deməkdir. Üstəlik, bunun üçün yeni avadanlıqdan istifadə etmək və ya proqram yeniləməsini həyata keçirmək lazım deyil. Bu şəkildə baxıldığında, iPhone 15 modellərinin maksimum batareya tutumunun əvvəlki iPhone modelləri ilə müqayisədə yüzdə 80-ə düşməsinin daha uzun sürəcəyini söyləmək olar.