Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Türkiyənin Avtomobil Təşəbbüs Qrupunun (Togg) CEO-su Gürcan Karakaş Qətərin paytaxtı Dohada keçirilən Web Summit Qatar tədbirlərində iştirak edib. Toqqun necə bir şirkət olduğunu açıqlayan Karakaş Anadolu Agentliyinin müxbirinə də xüsusi müsahibə verib. Bu müsahibədə Togg CEO şirkətin gələcək planlarını çatdırdı.
Gürcan Karakaş çıxışına Toqqun ilk avtomobili olan T10X haqqında qiymətləndirmələr edərək başladı. Bu günə qədər 177 minə yaxın ön sifariş aldıqlarını ifadə edən Gürcan Karakaş bununla qürur duyduqlarını ifadə etdi.
Gürcan Karakaş Toqqun gələcək planları ilə bağlı da açıqlamalar verib. 2030-cu ilə qədər 1 milyon avtomobil istehsal etməyi planlaşdırdıqlarını ifadə edib.