Microsoft Türkiyə tərəfindən keçirilən "Süni intellekt texnologiyaları ilə maneəsiz həyat" başlıqlı mətbuat konfransında Microsoft və Microsoft Türkiyə iş ortaqları tərəfindən hazırlanmış süni intellekt dəstəkli əlçatanlıq həlləri mətbuat mənsublarına təqdim edilib.


Microsoft Türkiyə İnklüzivlik və Müxtəliflik Qrupunun ev sahibliyi etdiyi tədbirin açılış nitqlərini Microsoft-un Cənubi Avropa ölkələri üzrə HR direktoru Esra Gaon və Microsoft Türkiyə Korporativ Həl Satışları üzrə Baş Direktor müavini Elif Acar Özgüner edib. "Microsoft mədəniyyətinin ən əhəmiyyətli elementi biz olmaqdır" deyən Gaon, əlillərin daha təsirli, məhsuldar və əyləncəli sosial və iş həyatına sahib olması üçün araşdırmalar apardıqlarını söylədi. Özgüner, “Microsoft-un dünya miqyasında öz ekosistemi ilə böyüməyi hədəfləyən bir vizyonu var. “Bu gün biz Microsoft Türkiyə olaraq əlillər üçün əlçatan və inklüziv texnologiyaları ilə fərq yaradan uğurlu iş ortaqlarımızla bir yerdə olmaqdan çox xoşbəxtik” dedi.