Yaxşı dizayn edilmiş bir logo imicinizi və korporativ markanızı gücləndirə bilər; sizə işinizdə rəqabət üstünlüyü təmin edə və müştərilərinizə daha cəlbedici göstərə bilər. Logo axtararkən özünüzə verməli olduğunuz ilk suallardan biri "logotip və ya logomark istəyirsiniz?" olmalıdır. Bu sual bəzən çoxlarını təəccübləndirir. Axı fərq nədir, ikisi də sadecə loqo demək deyil mi?


Logo, Logotip və Logomark - Çoxları bu 3 terminin eyni məna verdiyini düşünsə də əslində hər birinin ayrılıqda açıqlaması var.


Logotip, şirkət adı və ya baş hərflər ətrafında mərkəzləşmiş logodur, logomark isə simvolik bir şəkil və ya simvol ətrafında mərkəzləşmiş logodur. Ümumilikdə logo termini bir markanı təmsil edən bütün işarələrə deyilir. Logo sadəcə bir şirkətin, markanın və ya fərdin özünü təmsil etmək üçün seçdiyi dizayn növüdür. Beləliklə, dizaynerlər sizdən logotip və ya logomark istədiyinizi soruşduqda, əslində mətn loqosu və ya şəkil logosu istədiyinizi soruşurlar.


LOGOMARK


Logomark marka şəxsiyyətini artırmaq üçün istifadə olunur və bir şirkəti təmsil etmək üçün istifadə olunan şəkil və ya simvoldur. Logomarklarda, ümumiyyətlə, şirkət adı əlavə olunmur və dizaynerlərə güclü marka kimliyi yaratmaq imkanı verir. Logomark və ya "simvol", ümumiyyətlə, şirkətin adını ehtiva etmir - bu şirkəti daha mücərrəd şəkildə təmsil edir.


Logomark niyə seçilməlidir? Büdcənizdən və iş növünüzdən asılı olaraq, logomark istifadə edərək şirkətiniz üçün güclü bir vizual görünüş təqdim edə və marka şəxsiyyətinə böyük təsir göstərə bilərsiniz.


Niyə Logomarkdan qaçınmalısınız? Logomarka adın daxil olmadığını nəzərə alsaq, bu yeni, tanınmayan bir şirkət üçün dezavantaj ola bilər. Yeni bir işiniz varsa, şirkətinizin adının göstərilməsini istəyə bilərsiniz. Şirkət böyüdükdən və daha geniş bazarda qurulduqdan sonra simvol əlavə edilə bilər.


Məşhur Logomark-lara Facebook, Apple, Pepsi və Android də daxildir.





LOGOTYPE


Logotiplər, şirkətin adı, inisialları (monoqramları) və ya bəzən bir insanın imzası olan, mətn və ya hərflərlə əlaqəli bütün loqotipləri əhatə edir.


Mətnə çox diqqət yetirildiyi üçün, yazı tipi, rəngi və hətta forması sözlərin özləri qədər məna kəsb edə biləcəyi üçün şriftləri də stillər qədər diqqətlə seçmək vacibdir.


Logotipin üstünlüyü göz qabağındadır - dərhal bir iş adını görmə şəxsiyyəti ilə əlaqələndirir və marka qarışıqlığına çox yer qoymur. Bu, onu yeni müəssisələr üçün əla bir başlanğıc nöqtəsinə çevirir. Bu üslub bir markanın vizual şəxsiyyətini şirkət adı ilə güclü şəkildə əlaqələndirir.


Hansı hallarda Logotip seçilməlidir?


- İş mühitində yenisiniz və şirkətinizin adının göstərilməsini istəyərsiniz;


- Markanızın adı qısa və sadədir və logo kimi qarışıq görünməyəcək;


- Adınız markanızdır.


Hansı hallarda Logotipdən qaçınmalısınız?


- Şirkətiniz adı uzundursa logotipdən istifadə etmək istəməyə bilərsiniz, çünki adınız marka loqotipiniz kimi istifadə edildikdə qarışıq görünə bilər.


- Logo şriftinizi zamanla yeniləməyi planlaşdırmırsınızsa, bu tip logonu istəməyə bilərsiniz. Müəyyən bir yazı hazırda dəbli ola bilər, ancaq zaman keçdikcə köhnəlmiş kimi hiss oluna bilər. Pepsi və Coca-Cola kimi tanınmış markalar belə təzə və aktual qalmaq üçün logo şriftlərini zaman-zaman yeniləməlidirlər.




Daha bir seçim isə Loqotiplə Loqomarkın kombinasiyasıdır. Bu, daha çox sərbəstliyə və markanı yaradıcı şəkildə təmsil etməyə imkan verir, eyni zamanda şirkətin adının onunla əlaqəli olmasını təmin edir. Bu növə misal olaraq Starbucks-ın məşhur loqosunu göstərə bilərik.




Müəllif: Leyla Kərimova