Müəyyən şirkətlərin digərlərindən daha çox tanınmasının bir çox səbəbi var və əsas səbəblərdən biri də ən yaxşı marketinq kampaniyalarına sahib olmalarıdır! Markanızın daha tanınan olmasını öyrənmək istəyirsinizsə, qlobaldakı ən yaxşı markalarda da öyrənə bilərsiniz.


Gəlin, ən yadda qalan 5 marketinq kampaniyasına nəzər salaq:


1.“Dairy Industry” - “Got Milk?”:


1990-cı illəri yaşamış hər kəs “Got Milk” kampaniyasını bilir. Təxminən 25 il əvvəl “Got Milk” süd sənayesi üçün şüar oldu və çox keçmədən ulduzların (onların dodaqlarının üstü içdikləri süddən dolayı ağ olmuş, elə də kamera qarşısında poz vermişdilər) da iştirakı ilə reklamlar hər yerdə - reklam lövhələri, televiziya, radioda markanın tanıtımı ilə məşğul olurdu.



2. “Dove” – “Real beauty”:


2004-cü ildə Dove, “Həqiqi Gözəllik” kampaniyasına başladı və qısa müddətdə manşetlərə çıxdı. Kampaniya fərqli dəri tiplərinə sahib olan real qadınlardan bəhs edirdi. “Dove”, kampaniyasına gənc, qoca, arıq, könüllü və bütün etniklər daxil olmaqla mümkün qədər çox insanı qatdı. Bu günə qədər Dove, bütün qadınlara şüarı odur ki, onlar özlərinin dərilərində rahat olsunlar. Hazırda belə marka, bu missiyasını davam etdirir.



3. “Old Spice”-ın “The Man Your Man Could Smell Like” kampaniyası:


İsaiah Mustafanın duşdan çıxmasını, ata minməsini izləyicilərə çatdıran 2010 “Old Spice” kampaniyasını kim unuda bilər? “Old Spice”, gülməli idi, reklam sənayesində qəribə yanaşması ilə yeni tərz yaratmışdı və ən əsası tam hədəfdən vurmağı bacarmışdı.



4. “Wendy”-nin “Where’s the Beef?” kampaniyası:


1980-ci illərin əvvəllərində Wendy rəqiblərinin burgerlərinin böyüklüyünü məsxərəyə qoymaq üçün reklam kampaniyasına başladı. Şirkət məşhur serialı - “Where’s the beef?” mesajını çatdırmaq üçün aktrisa Clara Pelleri ilə əməkdaşlıq etdi. Reklamda aktrisa böyük bir çörəyin arasında əti axtarır. Bununla da rəqiblərini məsxərəyə qoyur.



5. “Budweiser”-in “Whassup?” kampaniyası


2000-ci il “Super Bowl” zamanı Budweiser “Whassup?” reklam kampaniyasını ərsəyə gətirdi. Kampaniyanın da adından göründüyü kimi, reklam əsnasında whassup söylənən tək söz idi. Dostlar bu sözü qeyri-adi və xoşagəlməz bir şəkildə ifadə edirlər. Ancaq qəribə də olsa, bu söz insanları güldürürdü. Elə buna görə də, bu ilin ən böyük televiziya hadisəsi kimi bütün ölkədə əks-səda doğurdu.



Beləliklə, ən çox səs gətirən və illər keçsə də yaddaşlarda qoyduğu iz ilə dərhal xatırlana bilən reklam kampaniyaları ilə tanış olduq. Markaların strateji addımlarının nə dərəcədə uğurlu olduğunu müşahidə etdik.


Müəllif: Fidan Əzizova