Hazırkı dönəmimizdə alıcı kütləsini daimi olaraq potensial istehlakçılarımız olaraq saxlamaq nisbətən çətindir. Buna baxmayaraq, rəqəmsal dünya kosmetika sənayesində yeni bir səhifə açdı və müştərilərlə daha yaxın əlaqə qurmağa şərait yaratdı. Müxtəlif məzmun növləri, kanalları və platformaları vasitəsi ilə qlobal miqyasda müştərilərlə ünsiyyət qurmaq hər zamankindən daha asan hala gəldi. Kosmetik biznesinizi yüksək səviyyəyə qaldırmaq istəyirsinizsə, bu strategiyaları gündəlik marketinq fəaliyyətlərinizə daxil etmək sizin üçün faydalı ola bilər:
- Markanızın imicini qorumaq üçün bir cəmiyyət yaradın: Kosmetika şirkətləri özlərinin təcrübələrini potensial müştərilərlə bölüşməkdə maraqlıdırlar, şirkət öz markalarının uğurlarının bir parçası olmaqdan mənnundur. Və bu istiqamətdə yeni yollar axtarışdadır. Bu səbəbdən şirkətlər bu gün sosial media və digər onlayn forumlar vasitəsilə müştərilərin və izləyicilərinin icmalarının qurulmasına investisiya qoymalıdırlar. Bir gözəllik marketoloqu olaraq marka səsinizi tapmağınız və markanızın əsas diqqət mərkəzində olmağınız vacibdir. Əsas hədəfinizin davamlı münasibətlər quraraq müştəriləri saxlamaq və markanızla müştəriləriniz arasındakı əlaqəni gücləndirmək olduğunu unutmayın.
- Məhsulunuzun veb səhifələrində rəy bildirin: Xoşbəxt müştərilər ən yaxşı reklamdır. Bir rəy müştərinin qərar qəbuletmə prosesindəki ən güclü təsirlərdən biridir. Məhsulunuzla əlaqəli bütün məlumatları və qiymətli bağlantıları onlara təqdim edərək müştərilərinizin araşdırma müddətini qısaldın. Kimsə məhsullarınızdan birinə müsbət baxış yazdı? Əla! Məhsul təsvirinə bir keçid əlavə edin və sonra da sehrin baş verməsini izləyin.
- Fərq yaradın: Veb saytınız və ya onlayn mağazanız kim olduğunuzu bir marka kimi əks etdirməlidir. Buna görə də, həm müştərilərinizin, həm də medianın ehtiyac duyduğu bütün məlumatları lazımi mənbələrə daxil etməyi unutmayın. Müsahibələr, mətbuat məqalələri, bloqerlərin icmalları, mükafatlar və s. kimi bütün şirkət xəbərlərini və marka qeydlərini dərc edə biləcəyiniz bir mətbuat səhifəsi yaradın. Göründüyü kimi bu maddədən istifadə etməklə, marka dəyərinizin yüksəlişində açıq-aşkar böyük bir dəyişiklik görəcəksiniz.
Müəllif: Fidan Əzizova