Ramazan bayramı ərəfəsində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin kollektivi Bilgəh qəsəbəsində yerləşən qocalar evini ziyarət ediblər. Ziyarət vaxtı qayğıdan məhrum olunmuş qocaların bayramları təbrik edilmış və onlara müxtəlif hədiyyələr verilmişdir.
Bu tədbirin əsas mahiyyəti qayğıya ehtiyacı olan insanların könüllərini şad edib, sosial məsuliyyət prinsiplərini insanlara bir daha xatırlatmaqdır. Bu kimi aksiyaların Mərkəz tərəfindən gələcəkdə də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 oktyabr tarixli 2469 nömrəli Sərəncamının icrası olaraq Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin yaradılmasına başlanılmışdır. Real rejimdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 29 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi açılışdan sonra fəaliyyətə başlamışdır.