Korporativ Sosial Məsuliyyət (KSM) Azərbaycan növbəti ksm layihəsini təqdim edir. “Yaşıl Futbol” adlanan şirkətlərarası futbol turu təşkil edən KSM Azərbaycan bütün qabaqcıl şirkətləri futbol oynayaraq KSM-ə dəstək verməyə dəvət edir.


Ölkənin tanınmış şirkətləri arasında təşkil edilən futbol turunun  məqsədi şirkətləri sosial məsuliyyətli olmağa çağırmaqdır.


Xatırladaq ki, şirkət nümayəndələri arasında baş tutacaq “Yaşıl Futbol” turundan əldə olunan gəlir bir ekoloji və xeyriyyə aksiyasının təşkilinə sərf ediləcək.


“2 Qapı-1 Hədəf” şüarı altında keçiriləcək futbol turunda hər şirkət cəmi bir oyun oynayacaq. Rəqib olmaqlarına baxmayaraq hər kəsin hədəfinin bir olmasını göstərən simvolik futbol oyunu cəmiyyətə öz mesajını göndərmiş olacaq.


“Yaşıl Futbol” turunda 10 şirkət iştirak edəcək. KSM-ə dəstək verən bu şirkətlər aşağıdakılardır: Akkord,Auto Azerbaijan, Ideal Perfumery & Cosmetics, Romantic, Çinici, Балтика, DSC, Gallery4Kids, PwC Azərbaycan KSM Azərbaycan.


Oyunlar avqust ayının 25-dən etibarən həftənin şənbə və bazar günləri axşam saatlarında keçiriləcək. İlk oyun bu bazar Romantic Ideal Perfumery & Cosmetics şirkətləri arasında baş tutacaq. Öz sevimli şirkətinə azarkeşlik etmək istəyən hər kəs dəvətlidir. Oyunların zamanı və məkanı haqqında ətraflı məlumatı “Yaşıl Futbol” turunun rəsmi facebook səhifəsindən - www.facebook.com/Yashil.Futbol.Turu əldə etmək olar.