Öncəsi VPN nədir? adlı məqaləmizdə.
VPN ilə qadağalardan xilas olmaq olar?
Cib telefonları üçün bir çox proqramlar mövcuddur. Android və iOS əməliyyat sistemini dəstəkləyən VPN proqramlarını marketlərdən (Google Play, App Store) yükləyə bilərsiniz. VPN proqramlarını telefonda qurmağınız kifayətdir, rahat şəkildə internetə daxil olmaq olar. Bir çox halda qadağa və yavaşlama kimi problemlər ilə qarşılaşmazsınız. Pc və Notebook-larda isə Zen Mate, Hot Spot, Hideman kimi popular VPN proqramlarından istifadə etmək olar.
VPN-dən istifadənin təhlükələri nələrdir?
VPN istifadə etdiyiniz şəbəkəyə bağlı olduğunuz üçün təhlükəsizliyinə əmin olmadığınız proqramlardan uzaq durun. VPN açıq ikən, bank əməliyyatlarını yerinə yetirməkdən çəkinin. Ona görə də, belə proqramlardan istifadə edən zaman, düşünün ki, internetdəki hər bir fəaliyyətiniz izlənilir və rahat hərəkət etməyin.
VPN-dən haralarda istifadə edilir?
Əslində, VPN-in əsl məntiqi şirkətlər arasında özəl şəbəkə yaradıb, kənardan kimsənin müdaxilə etməməsi üçün istifadə edilir. VPN ilə dünyanın harasında olursa olsun şirkətlərin bütün alt şirkətləri bir-birilərini birləşdirib, sanki şirkət içindəymiş kimi, yəni lokaldaymış kimi fayl paylaşıb, telefon xidmətlərini və ortaq fayllara əlçatanlığını təmin edir. VPN ilə dəvətsiz qonaqları bloklayıb, təhlükəsizliyi artırmaq olur. Qonşu ölkələrin şirkətlərində bu sistemdən istifadə edilir.
Yuxarıda da qeyd etdiyimiz kimi şirkətlərin günümüzdə bulud depolamağa yönəlmələri bir çox işləri uzaqdan idarə etməyə sövq edir. Bu isə “qara papaq”lıların da (hakerləri) diqqətini bu istiqamətə çəkib. Məsələn, Sony, Apple kimi texnologiya firmalarının da bu hakerlərin hücumlarının qurbanı olduqlarının şahidi oluruq.
Araşdırmalara görə isə, VPN proqramlarından istifadəçilərin yarısı internetə qoyulan qadağalardan dolayı onlardan istifadə edir. Digər yarısı isə əyləncə saytlarına daxil olmaq üçün VPN proqramlarından faydalanır.