Niyə Twitter hazırda baş verənləri çatdırmaq üçün əla bir platformadır?
Twitter bir neçə məhsul mexanikasına görə yaxşı işləyir:
- Platformanın aktiv istifadəçilərinin böyük bir kütləsi heç bir bloklama olmadan ilk əl mənbələrini paylaşa bilirlər. Mübahisəsiz burada bəhs etdiyim hər şey yerini dəyişə bilər, lakin bütün bunlar birləşdikdə yenə də bu platformanı müdafiə edir. Bəli, platformanın istifadəçi sayının artımının azaldığının şahidi ola bilərik, ancaq Twitter-in hələ də zirvədə olan yüz milyonlarla istifadəçisi var.
- Və bu platformada bir foto çəkərək və aşağı bir internetdən istifadə edərək, 280 xarakter-ə (140-dan 280-ə sonra yüksəldildi) qədər sürətli bir şəkildə mətn yazmaq olar.
- Retvit funksiyası ilə məlumatları effektiv bir şəkildə yenidən paylaşmaq olur.
- Twitter-də xəbər axını aktual problemləri önə çıxarır, burada ən son xəbərlər daim top-dadır. İstifadəçilərin platformaya geri qayıtması ilə məlumat və xəbərlərin paylanması daha da sürətlənir.
- Hekayələrin ölçüsünün kiçik olması onların istifadəçilər tərəfindən daha tez qəbul edilməsini asanlaşdırır. Beləliklə, keyfiyyətsiz bir hekayə belə istifadəçilərin gözündən yayınmır.
- Həştəqlər isə qısa bir zamanda mövzu ətrafında fikir mübadiləsi aparmağa və digər istifadəçilər arasında diskusiya mərkəzinə çevrilməsinə kömək olur.
- Twitter-də axtarış paneli yaxşı işləyir. Bu isə insanlara hadisələr və ya həştəq üzərindən axtarış etməyə kömək olur.
- “Partlayış” yaradan hadisələr TREND-lər paneli ilə daha da gücləndirilir.
Bütün bu yuxarıda sadaladıqlarımız platformanı son xəbərlərin paylaşılması üçün unikal məkana çevirir.
Sözsüz ki, son zamanlar Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də QARABAĞ ilə bağlı MÜJDƏ XƏBƏRLƏR-i İLK olaraq Twitter üzərindən paylaşım edir. Son günlər azərbaycanlı istifadəçilər də ilk şad xəbəri almaq üçün bu platformaya qayıtmış və rəsmi səhifələri izləyərək, bildirişləri aktiv etmişlər.
Daha çox müjdə xəbər almaq ümidi ilə!
#QarabağAzərbaycanındır #stoparmenianagression #KarabakhisAzerbaijan