Marketing AİR nədir?


Oktyabr ayının 1-dən etibarən marketinq, reklam, pr və digər əlaqəli sahələrdə çalışanlar və ümumilikdə marketinqlə maraqlanan hər kəs üçün praktiki marketinq seminarları başlayacaq. Seminarın əsas məqsədi nəzəri marketinqlə praktiki marketinq arasında olan fərqi minimuma endirməkdir. Bunun üçün də nəzəri biliklər əsas alınmaqla yerli bazarda uğur qazanmış praktiki metodlarla müxtəlif mövzuları əhatə edən seminarlar təşkil olunacaq. Treninqlər “Marketing AİR” adı altında keçiriləcək. Maraqlananlar üçün təlimə verilən adın mənası real təcrübələrə dayanan milli marketinq havası anlamına gəlir. Təlimin əsas sloqanı isə azərbaycan dilində “paylaşırıq” mənası verən “we share”dir.


Hansı mövzular olacaq?


Əsasən strateji marketinq, brendinq, müştəri psixologiyası və marketinq kommunikasiyaları kimi mövzular real təcrübələr əsasında tədris olunacaq. Hər bir istiqamətə aid 10 məşğələ olacaq və bütün dərslər Steinbeis Global İnstitutunun xüsusi marketinq hazırlığı proqramı ilə həyata keçiriləcək.


  1. Strateji marketinq - Azərbaycan və yerli şirkətlərdə tətbiq edilən marketinq strateqiyaları, onların praktik tərəflərində meydana çıxacaq məsələləri müzakirə edərək şəxsi təcrübələrdən misallar veriləcək. Həmçinin burada strateji idarəetmədə olan yeni tendensiyalar barədə danışılacaq.
  2. Brendinq - Burada yerli şirkətlərdə brendinqin təşkili haqqında real təcrübələrdən söhbət açılacaq və bütün mövzular sırf keys xarakteri daşıyacaqdır. Brendinq muasir biznesin əsası olduğundan seminarların üzərində ciddi işlənilərək daha faydalı məlumatlar paylaşılacaq.
  3. Yeni marketinq, kommunikasiyalar və müştəri psixologiyası - Bu silsiləyə aid seminarlar marketinqin gələcəyi, muasir marketinq texnoloqiyaları, bir sözlə gələcək marketinq barədə söhbətlər olacaq və marketinq kommunikasiyalarından danışılacaq. Eyni zamanda müasir dövrdə uğura gedən yol müştərinin qəlbindən keçdiyindən onun “qəlbini” ələ almaq üçün müştəri psixologiyası haqqında yerli və xarici praktika paylaşılacaqdır.


Treninqin Proqramına nələr daxildir?


“Marketing AİR” seminarları ümumilikdə 3 proqram paketi üzrə keçirilir. Hər bir seminar 1.5 saat davam edəcək, işləyənləri nəzərə alaraq seminarlar saat 18:00-dan sonra keçiriləcəkdir. Seminar vaxtları öncədən hər kəsə telefon və mail vasitəsilə bildiriləcəkdir. Seminarlar zamanı operativ qərarverməni gücləndirmək üçün keyslərdən istifadə olunacaqdır.


· 1-ci proqram paketi – bu paketə ümumi 9 seminar daxildir ki, bu da 1 ay ərzində həftə içi günlərə bölünməklə keçiriləcək. Bu paketə əlavə olaraq 1 nəfər uğurlu yerli şirkətlərdən birinin marketinq direktoru praktik seminarla çıxış edəcək. İştirakçılara seminarda iştirakla bağlı sertifikat veriləcəkdir.


2-ci proqram paketi – bu paketə ümumi 18 seminar daxildir ki, bu da 2 ay ərzində həftə içi günlərə bölünməklə keçiriləcək. Bu paketə əlavə olaraq bazarda uğurla addımlayan 2 şirkətin marketinq direktoru, departament rəhbəri və ya hər hansı məsul işçisi praktik seminarla çıxış edəcək. İştirakçılara seminarda iştirakla bağlı sertifikat veriləcəkdir.


3-cü proqram paketi – bu paketə ümumi 27 seminar daxildir ki, bu da 3 ay ərzində həftə içi günlərə bölünməklə keçiriləcək. Paketə əlavə olaraq 2 nəfər yerli şirkətin marketinq direktoru ilə praktik seminar və 1 nəfər yerli şirkətlərdən birinin sahibkarı ilə müzakirə, sual-cavab xarakterli görüş təşkil ediləcəkdir. 3-cü proqram paketini seçənlər əvvəlkilərdən fərqli olaraq proqramı uğurla keçdiyinə görə diplomla təltif ediləcək. Həmçinin bu paketi seçənlər arasında keçiriləcək olan diplom işi müsabiqəsinə görə qalib olan 1 nəfər 2013-cü il Türkiyədə İstanbul şəhərində yerləşən Boğaziçi universitetində keçirilən Marketinq Konfransında pulsuz iştirak haqqı qazanacaqdır.


Proqramın ödəniş haqqı


1. 1-ci proqram paketi – 70 azn


2. 2-ci proqram paketi – 120 azn


3. 3-cü proqram paketi – 150 azn




Treninqləri kim keçəcək?


Treninqləri marketinq sahəsində təcrübəli şəxslər:


Anar Bayramov - "Moderniture" şirkətinin Baş Menecer Müavini


İlkin Manafov - "Embawood" şirkətinin marketinq direktoru


Rafiq Vəliyev - "İdeal Perfumery and Cosmetics" şirkətinin marketinq direktoru


Necə iştirak etmək olar?


Marketing AİR seminarlarında iştirak etmək üçün www.facemark.azsaytında xüsusi olaraq yaradılmış http://facemark.az/marketingair/ linkindən istifadə edərək qeydiyyatdan keçmək lazımdır. Yuxarıda qeyd olunmuş linkdən istifadə etməklə qeydiyyat üçün lazımı məlumatları əlavə edərək qeydiyyatınızı tamamlamış olursunuz. Qeydiyyatdan keçdikdən sonrakı prosedurlar barədə operatorlar Sizinlə telefon və maillə əlaqə saxlayıb bilgilər verəcəkdir. Seminarların keçirilməsi vaxtı və yeri və ümumiyyətlə istənilən yenilik operativ olaraq Sizə çatdırılacaqdır. Yuxarıda qeyd etdiyimiz kimi treninqlərin ilk günü 01 oktyabr 2012-ci il olaraq nəzərdə tutulub. Qeydiyyat işləri isə 25 avqustdan 25 sentyabradək davam edəcəkdir.


İştirakçılar və ya treninqlərlə maraqlananlar suallarınızı fasiləsiz olaraq Sizə xidmət göstərən operatora zəng etməklə verə bilər və ya e-mail yaza bilərsiniz.


E-mail:marketingair@facemark.az Tel: +99470 333 05 30



Daha faydalı olmaq arzusu ilə